BolgeXeber.Com » Bölgə » Balakən sakinləri icra başçısının yarıtmaz işindən gileylənir- PROBLEM

Balakən sakinləri icra başçısının yarıtmaz işindən gileylənir- PROBLEM

27-02-2015, 18:37
Oxunub: 3 113 Balakən sakinləri icra başçısının yarıtmaz işindən gileylənir- PROBLEMİslam Rzayev balakənliləri boğaza yığıb

İslam Rzayev balakənliləri boğaza yığıb.Balakən sakinləri icra başçısının yarıtmaz işindən gileylənir.

Şikayətçilərin sözlərinə görə, icra başçısı İslam Rzayev rayonla maraqlanmır. Sosial problemlər, şəhərin natəmizliyi balakənliləri boğaza yığıb. İ.Rzayev bir neçə dəfə yolların yenidən təmir olunacağı vədini versə də, vəziyyət dəyişməyib. Sakinlərin sözlərinə görə, xüsusən rayonu Zaqataladan ayıran və Mazımçay sərhəd-keçid məntəqəsi istiqamətində olan yollar bərbadlığı ilə “göz oxşayır”.
Bildirək ki, 2011-ci ildən rayona rəhbərlik edən İslam Rzayev haqda şikayətlər birinci dəfə deyil ki, mətbuatda qabardılır. 2012-ci ildə sosial problemlər girdabında boğulan 200 vətəndaş icra hakimiyyətinin qarşısında aksiya keçirmişdi. tia.az