Buzovnada uşaqlar oynamağa yer tapmır: hər yer mağazadır - VİDEO
27-02-2015, 18:56
Oxunub: 2 878
Buzovna qəsəbəsində sakinlər həyətlərində aparılan obyekt tikintisindən narazıdırlar
Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov 22 ünvanında təxminən 5 ay öncə bünövrəsi qoyulan tikili artıq hazır vəziyyətə gətirilib. Deyilənə görə, burada mağaza fəaliyyət göstərəcək. Obyektin kimə məxsus olması isə məlum deyil. Həyət kiçildiyindən axşam saatlarında olan-qalan yeri də avtomobillər zəbt edir. Bu səbəbdən də sakinlərə, xüsusilə uşaqlara asudə vaxtlarını səmərəli keçirmək üçün yer qalmır.
Şikayətçi Tatyana Alekseyevna həyətlərinin əvvəllər çox gözəl olduğunu deyib. Belə ki, əvvəlcə uşaqlar üçün oyun meydançası, oturacaqlar var idi. Bayramları həyətdə bir yerdə qeyd edirdilər. Amma indi bu həyətdə mağaza tikirlər. O bununla bağlı aidiyyəti qurumlara müraciət etdiyini, amma hələ bir cavab ala bilmədiklərini bildirib.
Bundan əlavə hazır tikilinin yanında yeni bünövrə qazılıb və təməl qoyulması üçün dəmir konstruksiyalar quraşdırılıb. Sakinlərin sözlərinə görə, burda da tikinti həyata keçirilsə, nəinki istirahət üçün, heç həyətə girmək üçün belə yer qalmayacaq.
Məsələni aydınlaşdırmaq üçün çəkiliş qrupu Xəzər rayonu Buzovna və Binə qəsəbələri üzrə 112 saylı Mənzil Kommunal İstismar Sahəsinə yollanıb. Sahə rəisi Cəfər Hüseynov deyib ki, əvvələcə tikinti aparmaq istəyənlər sənədləri olduqlarını bildirib. Amma sonra sənədlərini təqdim etmədikləri üçün onların işi dayandırılıb.
Çəkiliş qrupu da ərazidə tikintinin aparılmasının şahidi olmayıb. Yəqin ki, tezliklə qazılmış bünövrə də hamarlanaraq asfalt örtüyü ilə əvəzlənər. Sakinlər də çoxdandır arzusunda olduqları geniş həyətlərinə qovuşar.ans
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər