Eyyub Hüseynovu ölümlə hədələdilər
27-02-2015, 20:15
Oxunub: 4 807
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovu ölümlə hədələyiblər.
Bunu virtualaz.org saytına açıqlamasında Eyyub Hüseynov özü bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata fevralın 11-də bir şikayət daxil olub: “Şikayət edən şəxsin qolu və başı sarıqlı idi. Sarğının üzərində hətta qan izləri də vardı. Bu şəxs Sabirabad rayonunun Nizami kənd sakini Cəbrayılov Vilayət Oruc oğludur”.
E.Hüseynov dedi ki, V.Cəbrayılovun şikayət ərizəsində Nizami kənd orta məktəbində çalışan iki müəllimin saxta diplom almasından bəhs edilirdi: “Ərizədə göstərilən faktlarla bağlı həmin kəndin digər sakinlərinin münasibətini öyrəndim. Arif Həsənov adlı sakin müəllimin saxta diplomla işləməsi barədə kənd əhalisinin məlumatlı olduğunu bildirdi. Bundan sonra ərizələri Nazirlər Kabinetinə ünvanladım”.
E.Hüseynov qeyd etdi ki, şikayət ərizəsi ilə bağlı ona istinadən fevralın 12-də virtualaz.org saytında məlumat yerləşdirilib: “Fevralın 25-dən zəng vuraraq məni təhqir və təhdid edirlər. Hətta Bakıya gələrək öldürəcəklərini söyləyirlər. Məni ölümlə təhdid edən şəxs özünü saxta diplom almaqda ittiham olunan Lazım Cəbrayılovun və onun qardaşı Kazım Cəbrayılovun atası Ağamirkamal kimi təqdim edir”.
Hüquq müdafiəçisi məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətdə onu ölümlə hədələyən şəxsin kimliyinin müəyyənləşdirilməsi və qanunvericiliyə uyğun olaraq cəzalandırılması xahiş olunur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə