BolgeXeber.Com » Analitika » Ziya Məmmədovun müfəttişləri çobanları da cərimələyəcək

Ziya Məmmədovun müfəttişləri çobanları da cərimələyəcək

27-02-2015, 20:20
Oxunub: 2 590 Ziya Məmmədovun müfəttişləri çobanları da cərimələyəcəkRespublika əhəmiyyətli yollarla mal-qara aparan istənilən çoban və ya naxırçı 30-50 manat cərimə olunacaq

Milli Məclis yol hərəkəti təhlükəsizliyi ilə bağlı tələblərin pozulmasına görə məsuliyyət müəyyən edilən qanunvericiliyə bir sıra dəyişikliklər edib. Həmin dəyişikliklərdən bəziləri İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan müəyyən maddələrini bir qədər dəqiqləşdirib. Bəziləri isə yeni sayıla bilər.
Avtosfer.az-ın məlumatına görə, maraqlı düzəlişlərdən biri yollarda və yolətrafı ərazilərdə mal-qaranın aparılması və otarılması ilə bağlı cərimənin müəyyən olunmasıdır. Həmin düzəliş qüvvəyə mindikdən sonra respublika əhəmiyyətli yollarla mal-qara aparan istənilən çoban və ya naxırçı 30-50 manat cərimələnəcək (belə yollarla mal-qaranı yalnız avtomobilə yükləyib aparmaq olar).
Asfalt yolların bu tərəfindən o biri tərəfinə mal-qaranı yol sahibinin icazəsi olmadan keçirən çoban və naxırçılar da bu qədər cərimələnəcək. Yolların təhkim, mühafizə və ehtiyat zonalarında mal-qara otaranlar da bu məbləğdə cərimə ödəyəsi olacaqlar.
Özü də bu cəriməni Nəqliyyat Nazirliyi, daha dəqiqi, bu qurumda yolların mühafizəsini həyata keçirən müfəttişlər tətbiq edəcəklər.
BOLGEXEBER.COM