BolgeXeber.Com » İdman » "Bakı-2015"-də əcnəbi idmançıların xərclərini Azərbaycan ödəyəcək

"Bakı-2015"-də əcnəbi idmançıların xərclərini Azərbaycan ödəyəcək

27-02-2015, 20:52
Oxunub: 4 078 "Bakı-2015"-də əcnəbi idmançıların xərclərini Azərbaycan ödəyəcək50 ölkə komandalarının nəqliyyat və digər xərcləri ödəniləcək

Pasport "Bakı-2015"-də iştirak edəcək əcnəbi idmançıların xərclərini Azərbaycan ödəyəcək".
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Bakıya Avropa Olimpiya Oyunlarına gələcək bütün 50 ölkə komandalarının nəqliyyat və digər xərclərini Azərbaycan ödəyəcək.

BOLGEXEBER.COM-un məlumatına görə, Çingiz Hüseynzadə virtualaz.org-a açıqlamasında onu da deyib ki, idmançıların xərclərinin ödənməsi Avropa Olimpiya Komitəsi ilə bağlanmış müqavilədə nəzərdə tutulub.

Yeri gəlmişkən, "The Guardian" qəzeti yazıb ki, Britaniya Olimpiya Assosiasiyası (BOA) iyunda Azərbaycana 160 atlet göndərəcək. Bu, ötən il Soçiyə göndəriləndən 3 dəfə çoxdur. Böyük Britaniya komandasının rəhbəri Mark England da deyib ki, komandanın göndərilməsi xərcini artıqlaması ilə təşkilatçılar çəkir.