BolgeXeber.Com » BÖLGƏ TV » Rusiyanı silkələyən qətl: Putinin düşməni-Boris Nemtsov öldürüldü – (Video, Fotolar)

Rusiyanı silkələyən qətl: Putinin düşməni-Boris Nemtsov öldürüldü – (Video, Fotolar)

28-02-2015, 10:31
Oxunub: 2 971 Rusiyanı silkələyən qətl: Putinin düşməni-Boris Nemtsov öldürüldü – (Video, Fotolar)Rusiyanın məşhur siyasətçisi Boris Nemtsov Moskvada qətlə yetirilib

Virtualaz.org saytı xəbər verir ki, Rusiya baş nazirinin keçmiş müavininin qətli haqda məlumatı “İnterfaks” agentliyi yayıb.

Bu məlumatı REN telekanalı da yayıb. Telekanal xəbər verir ki, bu cinayət hadisəsi Moskvanın “Böyük daş körpüsü” adlı məkanında baş verib.

Rusiyalı siyasətçiyə ağ rəngli avtomobildən 4 dəfə atəş açılıb. Nemtsov aldığı güllə yaralarından yerindəcə keçinib.

Naməlum şəxs (və ya şəxslər) 55 yaşlı siyasətçiyə 4 dəfə (bəzi məlumatlara görə isə 6 dəfə) atəş açıb. Borus Nemtsovu döş nahiyəsindən güllələyən killer ağ rəngli maşınla hadisə yerindən uzaqlaşıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin “RİA Novosti”yə verdiyi məlumata görə, Nemtsov qətlə yetirilən zaman onun yanında 24 yaşlı bir qız olub. 1991-ci il təvəllüdlü həmin qız Kiyev şəhər sakinidir. Hazırda onun şahid kimi dindirildiyi xəbər verilir.

Moskva polisinin rəisi Anatoli Yakunin dərhal hadisə yerin gedib. Hadisə barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev də məlumatlandırılıb. Qətlin törədildiyi yerdə istintaq qrupu işləyir. “Dojd” telekanalı meyitin hələ küçədə olduğunu bildirir.

Bütün Moskva üzrə “Perexvat” (“Tutma”) əməliyyatı elan olunub.

Qətldən dərhal sonra Rusiya prezidenti Vladimir Putin olaya reaksiya verib. Mətbuat xidməti vasitəsi ilə bəyanat yayan Putin qətli “təxribat və sifarişli” adlandırıb.

B.Nemtsov martın 1-də keçirilməli olan “Vesna” (“Bahar”) antiböhran marşının təşkilatçılarından biri idi. Hazırkı Rusiya iqtidarına qarşı əsas müxalif liderlərdən sayılırdı.