BolgeXeber.Com » Bölgə » Eldar Əzizovdan 123 qadağası - İcra başçısı sözügedən avtobusun Sumqayıta girişinə qadağa qoyub

Eldar Əzizovdan 123 qadağası - İcra başçısı sözügedən avtobusun Sumqayıta girişinə qadağa qoyub

28-02-2015, 12:20
Oxunub: 2 966 Eldar Əzizovdan 123 qadağası - İcra başçısı sözügedən avtobusun Sumqayıta girişinə qadağa qoyubSumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 123 saylı avtobusun şəhərə girişini yasaqlayıb

Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, icra başçısının məlum qadağası vətəndaşların ciddi narazılığına səbəb olub:
"123 saylı avtobusun son dayanacağı əvəllər Sumqayıtın Corat qəsəbəsi olsa da, son bir həftədir ki, adıçəkilən avtobuslar Sumqayıt ərazisinə ümumiyyətlə daxil olmur. Səbəb E.Əzizovun bu avtobusların şəhərə girişinə qoyduğu qadağadır. Məhz bu qadağanın gündəmə gəlməsindən sonra 123 saylı avtobuslar Novxanı çimərliyinə qədər gəlir və oradan da geriyə - "Azadlıq" metrosuna qayıdır. 123 saylı avtobusla bağlı tətbiq edilən bu qadağa Sumqayıt ərazisində məskunlaşan və son günlərə qədər bu avtobusun xidmətindən istifadə edən insanların narazılığına səbəb olub. Vətəndaşların sözlərinə görə, minlərlə insana nəqliyyat problemi yaradan bu qadağa dərhal aradan qaldırılmalı və 123 saylı avtobusun əvvəlki qrafik üzrə fəaliyyəti bərpa edilməlidir".
BOLGEXEBER.COM