BolgeXeber.Com » Gündəm » Sürücülük vəsiqəsi almaq neçəyə başa gəlir?-VİDEO

Sürücülük vəsiqəsi almaq neçəyə başa gəlir?-VİDEO

28-02-2015, 13:58
Oxunub: 4 677 Sürücülük vəsiqəsi almaq neçəyə başa gəlir?-VİDEOAzərbaycanda sürməyi bacaran və ya bacarmayan, qanunları bilən , bilməyən hər kəs 800 , 1000 manat “hörmət” edib sürücülük vəsiqəsi ala bilir

Hamıya məlumdur ki, Azərbaycanda sürücülük vəsiqəsi əldə etmək üçün gərək əlin cibində ola. Elə bunun nəticəsidir ki, hər gün onlarla avtomobil qəzaları olur. Ölən və yaralananların sayı isə hədsiz dərəcədədir.Bu mövzu daim aktual olduğu üçün BTV-nin əməkdaşları bununla bağlı paytaxtda və bəzi bölgələrimizdə kiçik bir araşdırma apararaq maraqlı nəticələr əldə ediblər . Araşdırmalar nəticəsindən belə aydın oldu ki , bir vəsiqənin qiyməti bəzən 700 – 800 manat , bəzənsə 1000 manatadək dəyişir.. BTV olaraq araşdırma zamanı əməkdaşlarımızın əldə etdiyi maraqlı kadr və səsyazmaları təqdim edəcəyik.
BOLGEXEBER.COM