BolgeXeber.Com » Xəbərlər » Deputat aptekləri dərmansız qoyub

Deputat aptekləri dərmansız qoyub

28-02-2015, 14:39
Oxunub: 4 625 Deputat aptekləri dərmansız qoyubDeputat Cavanşir Feyziyevin şirkəti hələ də aptekləri dərmanla təmin etmir

Millət vəkilinin “Avromed” firması manatın devalvasiyasına görə əczaxanalara tibbi ləvazimatları paylamır. Tia.az-ın ilk olaraq ictimailəşdirdiyi bu problemlə bağlı hər hansı irəliləyiş qeydə alınmayıb. Apteklərə hələ də firmalardan yeni dərman verilməyib. Buna səbəb “Avromed”in məzənnə dəyişikliyindən sonra tarifləri yeniləmək məqsədidir. C.Feyziyevin şirkəti respublikanın əksər apteklərini dərmanla təmin edir. Bu əlverişli imkandan sui-istifadə edən firma qiymət artımı etməkdə maraqlıdır. Paytaxtın apteklərinn əksəriyyətində yeni mal olmadığı bildirilir. Depodan mal gəlmədiyini deyən əczaçılar problemin “Avromed” və habelə “Riyad-farm” şirkətlərindən qaynaqlandığını qeyd edirlər.