BolgeXeber.Com » Ölkə » Fəhlənin pulunu verməyən rəhbər: "Yaxşı edirəm, sonra?.."

Fəhlənin pulunu verməyən rəhbər: "Yaxşı edirəm, sonra?.."

28-02-2015, 14:50
Oxunub: 4 387 Fəhlənin pulunu verməyən rəhbər: "Yaxşı edirəm, sonra?.."Bakıda işlədilən fəhlələr pullarını ala bilmirlər

Nardaran qəsəbəsində kanalizasiya xəttinin çəkilişində işləyən işçilər öz zəhmətlərinin haqqını almaq üçün milli.az-a şikayət edibıər. "Azər Su Tur Servis" şirkəti tərəfindən aparılan işlərdə iştirak edən Xəyal Süleymanov deyir ki, 5 ay Nardarana kanalizasiya xətti çəkib. Amma iş icraçısından zəhmət haqqını ala bilmir.

İş icraçısı Misir adlı şəxsin saytın "niyə fəhlələrin pulunu vermirsiz" sualına cavabı qısa olub: “Yaxşı edirəm, sonra?”

Daha sonra həmin şəxs əsl problemlərindən danışmağa başlayıb: “Bizim pulumuz verilir ki, biz də fəhlələrə verək? Pul yoxdur, vermirik. Xəyalı da tutduracam. O, burada boruları oğurlayıb. Onun özünü polisə vermişəm. Tutduracam. Yaxşı oğlan idi, sonra zayı çıxdı. Mən qorxmuram, istəyirsən, milli.az-dan yox, yuxarılardan zəng elə. Amma həmin şərəfsiz boru oğurlayb. 5 ədəd 800 manatlıq boru oğurlayıb...

Pulu "Azərsu" verməlidir, neft şirkəti də. Martın 15-dən büdcələr açılacaq".

X.Süleymanov isə iş icraçısının onu oğurluqda ittiham etməsini böhtan adlandırıb.

"Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə sayta bildirib ki, onların Azər Su Tur Servis adlı podratçıları yoxdur.
BOLGEXEBER.COM