BolgeXeber.Com » Xəbərlər » Hacı Sabir "Heydər" məscidinin rəhbəri təyin olundu

Hacı Sabir "Heydər" məscidinin rəhbəri təyin olundu

28-02-2015, 15:14
Oxunub: 5 698 Hacı Sabir "Heydər" məscidinin rəhbəri təyin olunduHacı Allahşükür Paşazadə lap əvvəldən bu təyinata qarşı olub

İslam.az-ın əldə etdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri təyin edilib.

Hələlik məscidə axundlar təyin edilməsə də bir neçə axundun təyinatı gözlənilir. Əldə etdiyimiz digər məlumata görə, axundlar hər həftə biri olmaqla məsciddə ibadətlərə rəhbərlik edəcək.

Musavat.com-un bilgisinə görə, Qafqaz Müsılmanları Ruhani İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə lap əvvəldən bu təyinata qarşı olub və ölkənin ən böyük məscid kompleksinə öz adamını rəhbər təyin etdirmək istəyib. Ancaq sonda şeyxin bu arzusunun qarşısı alınıb və Hacı Sabir Həsənliylə bağlı seçim edilib.
BOLGEXEBER.COM