BolgeXeber.Com » Gündəm » Masallıda nazir Səlim Müslümovun qəbulu "belə" keçdi-Video

Masallıda nazir Səlim Müslümovun qəbulu "belə" keçdi-Video

28-02-2015, 16:21
Oxunub: 3 570 Masallıda nazir Səlim Müslümovun qəbulu "belə" keçdi-VideoFevralın 27 -si Əmək və Əhalinin sosial mudafiəsi naziri Səlim Müslümov Masallı rayonunda vətəndaşlarla görüş keçirib.Nazir görüşdə asallı ,Yardımlı Lerik ,Lənkəran ,Astara , Cəlilabad və Biləsuvar sakinlərini qəbul edərək onların problemlərilə maraqlanıb.
Qəbula girə bilməyən sakinlər şikayətlərinin BTV vasitəsilə işıqlandırılmasını xahiş edib. Şikayətçilər ağır yaşayış şəraitindən və sosial durumlarının pis olmasından söz açıblar. Əməkdaşlarımız çəkiliş aparan zaman Masallı rayon Sosial Müdafiə Mərkəzinin işçiləri tərəfindən təzyiqə məruz qalıb. Onlar əməkdaşlarımızın çəkiliş etməsinə mane olaraq , ərazidən uzaqlaşmağı tələb ediblər. Bütün bunlar baş verən zaman Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və müavini heçnə olmamış kimi kənardan seyr edirdilər.
BOLGEXEBER.COM