BolgeXeber.Com » Xəbərlər » Bakıda bahalıq əleyhinə aksiya - (Fotolar)

Bakıda bahalıq əleyhinə aksiya - (Fotolar)

28-02-2015, 17:12
Oxunub: 5 848 Bakıda bahalıq əleyhinə aksiya - (Fotolar)[/center]Bu gün saat 15:30 radələrində Bakının Fəvvarələr meydanında ölkədə manatın ucuzlaşmasından sonra yaranmış süni qiymət artımına qarşı kortəbii etiraz aksiyası keçirilib

Virtualaz.org saytının hadisə yerində olan müxbiri xəbər verir ki, aksiyada bir neçə yüz adam iştirak edib. Polis aksiyanı tezliklə dağıdıb, toplaşanlar şüar səsləndirməyə cəhd edən kimi asayiş keşikçiləri onları meydandan uzaqlaşdırıb. Meydana yeridilən çoxsaylı polis qüvvələri və xüsusi təyinatlılar etirazların böyüməsinin qarşısını alıblar. Hazırda meydanda heç kim yoxdur.

Bir neçə nəfər saxlanılıb. Saxlanılanların sayının 10-a yaxın olduğu bildirilir. Əksəri gənclərdir. Onlar yaxınlıqdakı polis bölməsinə aparılıblar.

Aksiyanın konkret təşkilatçısı barədə məlumat yoxdur. Onların sosial şəbəkələr üzərindən təşkilatlandığı bildirilir.

"Etirazçılar arasında Qarabağ müharibəsi veteranları, keçmiş hərbçilər və əlillər üstünük təşkil edir. Onlar təqaüdlərin artırılmasını və manatın ucuzlaşmasından sonra başlayan bahalığın dayandırılmasını tələb edirlər" - deyə müxbirlərimiz bildirir.

Müxbirimiz onu da xəbər verir ki, aksiyanı işıqlandıran jurnalistlərdən birinin halı qəfildən pisləşib və təcili yardım çağırılıb.
Bakıda bahalıq əleyhinə aksiya - (Fotolar)[center]Bakıda bahalıq əleyhinə aksiya - (Fotolar)
Bakıda bahalıq əleyhinə aksiya - (Fotolar)
Bakıda bahalıq əleyhinə aksiya - (Fotolar)
Bakıda bahalıq əleyhinə aksiya - (Fotolar)
Bakıda bahalıq əleyhinə aksiya - (Fotolar)