BolgeXeber.Com » Xəbərlər » Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur-Kiminlə quda olur? – FOTOLAR

Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur-Kiminlə quda olur? – FOTOLAR

28-02-2015, 18:07
Oxunub: 54 860 Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur-Kiminlə quda olur? – FOTOLARBu gün – fevralın 28-i Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailəsi üçün əlamətdar gündür

“AzPolitika.info”nun əldə etdiyi məlumata görə, bu gün nazirin kiçik oğlu Nicat Heydərovun toy mərasimi keçiriləcək. Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur-Kiminlə quda olur? – FOTOLARToy mərasimi “Buta Palace”da baş tutacaq.
kemaleddin-ilhamTəbii ki, toyda Azərbaycanın dövlət və hökumət rəsmiləri ən yüksək səviyyədə təmsil olunacaqlar. Bəzi məlumatlara görə, ölkə prezidenti İlham Əliyevin də ailəsi ilə birlikdə toyda iştirak edəcəyi gözlənilir. Ölkə başçısının Kəmaləddin Heydərovun böyük oğlunun toyunda iştirak etdiyini deyən mənbə, bunu fövqəladə hallar nazirinin Prezidentə ən yaxın şəxslərdən biri olması ilə bağlayır. Onun işgüzarlığı və sədaqəti ilə ölkə başçısının etimadını qazandığı bildirilir.
Məlumata görə, bugünkü toyda xaricdən də xeyli sayda qonaqlar iştirak edəcək. Kəmaləddin Heydərovun xaricdə həm dövlət xadimləri arasında, həm iş dünyasında, həm də idman sahəsində xeyli sayda dostları var ki, onların toya gələcəyi gözlənilir.Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur-Kiminlə quda olur? – FOTOLAR

Bundan əlavə, əsasən xaricdə biznes və diaspora fəaliyyəti ilə bağlı nazirin böyük oğlu – “United Enterprises International” şirkətlər qrupunun İdarə Heyətinin və “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərovun da İngiltərədən və digər ölkələrdən olan ən yaxın dostlarının toyda iştirak edəcəyi bildirilir. Hansı ki, onların arasında həm biznes cameəsinin, həm də siyasət aləminin tanınmış adları var.
Bu baxımdan toyun xeyli qələbəlik keçəcəyi gözlənilir. Elə buna görə də toya çağrılan hörmətli qonaqların rahat yerləşdirilməsi məqsədilə xüsusi adamların ayrıldığı, otellərdə yerlərin bron edildiyi bildirilir.
Kəmaləddin Heydərovun böyük oğlunun toyunda olduğu kimi, kiçik oğlunun da toy mərasimində əsasən yerli sənətçilərin və musiqi qrupların iştirak edəcəyi bildirilir. Ancaq həm də biznesmen kimi tanınan T. Heydərovun kiçik qardaşının toyuna tanınmış türk və başqa əcnəbi müğənniləri dəvət edəcəyi də istisna olunmur.
Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur-Kiminlə quda olur? – FOTOLARQeyd edək ki, bu gün bəy olacaq Nicat Heydərov da biznes fəaliyyətilə məşğuldur. O da qardaşı kimi nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıb.
Nicat Heydərov “United Enterprises International” şirkətlər qrupunun sədr müavini, həm də bu holdinqin əsas səhmdarlarından biridir. Holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var. Heydərov qardaşlarının rəhbərlik etdiyi holdinqin tərkibində Azərbaycanla birbaşa bağlılığı olan müxtəlif şirkətlər də var. Nicat Heydərovun Türkiyədə biznes qurduğuna dair də məlumatlar var.
Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur-Kiminlə quda olur? – FOTOLARlİndi isə keçək Kəmaləddin Heydərovun qohum olduğu şəxsin kimliyinə. Ancaq bundan əvvəl qeyd edək ki, Heydərov azsaylı nazirlərimizdəndir ki, xanımlarını seçməyi övladlarının öz ixtiyarına buraxıb, onların ailə qurmasına hansısa başqa maraqlar prizmasından yanaşmır. Bunu böyük oğlu Tale Heydərovun əslən Sabirabaddan olan sadə və ziyalı bir ailənin qızı ilə evlənməsi də əyani sübut edir. Xatırladaq ki, Heydərovlar ailəsinin birinci gəlini rəssamdır, anası ali məktəblərin birində müəllimə işləyir, atası isə vəfat edib.

“AzPolitika.info”nu məlumatlandıran mənbənin sözlərinə görə, Kəmaləddin Heydərov ikinci oğluna – Nicata da, necə deyərlər, özünün sevib-seçdiyi qızı alıb. Onun «İtaldizain Holdinq»in baş direktoru, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalovun qızı olduğu bildirilir.

Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur-Kiminlə quda olur? – FOTOLAR
Qeyd edək ki, Qapalı Tipli Səhmdar Cəmiyyəti kimi yaranan “İtaldizayn Group” gənclər və idman naziri Azad Rəhimova məxsus holdinq kimi tanınır. Nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olan Rəhimov Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. «İtaldizain Group» da 1996-cı ildə Bakıda İtaliya mətbəx avadanlığını Azərbaycan bazarına gətirməklə keyfiyyətli xidmət təklif edən bir ticarət şirkəti olaraq yaradılıb. Ancaq sonradan şirkətin fəaliyyət dairəsi və bazara təqdim etdiyi məhsulların çeşidi genişlənib. 1998-2006-cı illərdə isə “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov biznesdə böyük uğurlar əldə edib. Təsadüfi deyil ki, «İtaldizain Group» bu gün 25-ə yaxın şirkət, salon və butiki özündə birləşdirən holdinqə çevrilib.

Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur-Kiminlə quda olur? – FOTOLARAzad Rəhimov nazir vəzifəsinə təyin olunduqdan sonra isə Holdinqin baş direktoru vəzifəsini Elçin Zeynalov həyata keçirib. Onun həm də «İtaldizain Holdinq»in əsas səhmdarlarından biri olduğu bildirilir. «İtaldizain Holdinq»in uğurlarında böyük rolu olan Elçin Zeynalovun həm də Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti kimi bu sahənin inkişafına ciddi töhvələr verdiyi bildirilir.
Bundan əlavə Elçin Zeynalovun vaxtilə Azərbaycan Kommunust Partiyasının I katibi işləmiş Kamran Bağırovun yaxın qohumu olduğu da bizə verilən məlumatlar sırasındadır. Yəni, Elçin Zeynalovun da həm ailəsi, həm də özü ölkənin ictimai-siyasi, biznes elitası tərəfindən tanınır. Bu baxımdan bu gün keçiriləcək toy mərasiminə oğlan evi ilə yanaşı, qız evindən xeyli sayda tanınmış insanın dəvət olunacağını söyləyə bilərik.
BOLGEXEBER.COM

Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur-Kiminlə quda olur? – FOTOLAR
Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur-Kiminlə quda olur? – FOTOLAR