BolgeXeber.Com » Bölgə » İcra başçisi müavininin sürücüsü güllələndi

İcra başçisi müavininin sürücüsü güllələndi

6-10-2010, 16:55
Oxunub: 6 511 İsmayıllı rayonunda ölüm hadisəsi baş verib.

Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 32-ci kilometrliyində, rayonun Xənəyə kəndində meşəlikdə meyit aşkar olunub.
Bu barədə rayon polis şöbəsinə məlumat daxil olan kimi rayon hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən ünvana yollanıblar. Araşdırmalar nəticəsində məlum olub ki, dünyasını dəyişən şəxs İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin sürücüsü Vüqar Ağayevdir. Onun alnının ortasında güllə yarası aşkar edilib../Bolgexeber.com/