BolgeXeber.Com » Xəbərlər » Lənkəranda aksiya keçirilməsi xəbəri yalan çıxdı

Lənkəranda aksiya keçirilməsi xəbəri yalan çıxdı

28-02-2015, 23:15
Oxunub: 4 677 Lənkəranda aksiya keçirilməsi xəbəri yalan çıxdı«Rayonda heç bir ticarət şəbəkəsində süni qiymət artımı olmayıb, hazırda da qiymətlər sabitdir»

Bu gun Lənkəranda aksiya keçirilməsi ilə bağlı bəzi mətbuat orqanları məlumat yayıb. Lənkəran İcra Hakimiyyətindən Bolgexeber.com -a verilən məlumata görə, sözügedən informasiya tamamilə əsassız, saxta və yalandır.

Məlumatda deyilir ki, Lənkəranda heç bir ticarət şəbəkəsində süni qiymət artımı olmayıb. «Hazırda da qiymətlər sabitdir. İkincisi, gün ərzində nə Lənkəran şəhər İcra Hakimiyyətinin yaxınlığında, nə də şəhər və rayon ərazisində heç bir aksiya və yaxud narahatedici hadisə baş verməyib və heç yerə də polis qüvvələri göndərilməyib. Diqqətinizə çatdırmaq istəyirik ki, çaşqınlıq yaratmaq məqsədi ilə yayılan bu cür yalan və saxta informasiyaları dəqiqləşdirmədən, ən azından aidiyyatı təşkilatların rəyini öyrənmədən yaymaq həmin informasiya orqanlarının nüfuzuna xələl gətirir. Onların obyektlivliyinə inamsızlıq yaradır. Bunu nəzərə almağınınız vacibdir».