BolgeXeber.Com » Xəbərlər » Nemtsovun qətli ilə bağlı – Şok fakt/Foto

Nemtsovun qətli ilə bağlı – Şok fakt/Foto

1-03-2015, 10:12
Oxunub: 5 333 Nemtsovun qətli ilə bağlı – Şok fakt/FotoRusiya müxalifət lideri Boris Nemtsovun ölümü ətrafında söz-söhbətlər səngimək bilmir

Rusiya mətbuatı iddia edir ki, Nemtsovun ölümü əvvəlcədən bilinirmiş. Belə ki, Vikipediyada Boris Nemtsov haqqında yazıda əvvəlcədən onun ölüm tarixi bildirilib. Sui-qəsddən bir neçə saat əvvəl siyasətçi haqqında məqalə dərc edilib. "2015-ci il 27 fevral tarixində Moskva şəhərində öldürülüb", deyə yazıda qeyd olunur. Lakin diqqət çəkən məqam bundan ibarətdir ki, yazıda siyasətçinin ölümündən bir neçə saat əvvəl 21:40 qeyd olunur ki, Nemtsov 23:40-da öldürülüb. Əldə edilən məlumatlara görə, Vikipediyaya yerləşdirilən yazının İP ünvanı İvanova şəhərindədir.
Nemtsovun qətli ilə bağlı – Şok fakt/Foto