Astroloji proqnoz - 02 mart
2-03-2015, 09:22
Oxunub: 3 076
QOÇ – Ağlınız kəsməyən və ya keçmişi qaranlıq olan istənilən şəxslə işbirliyi qurmaqdan çəkinin, ağır fəsadları ola bilər. Əgər planınızda olsa, uzaq səfərə çıxın ki, daxili rahatlığınız bərpa olunsun.
BUĞA – Boş dayanmağa lüzum yoxdur. Hər fürsətdən yararlanın: istirahət və əyləncələri arxa plana salın. Ola bilsin ki, axşama doğru sevincinizi artıran fəaliyyət sürprizləri yaşayasınız.
ƏKİZLƏR – Maraqlı insanlarla rastlaşacağınızdan xəbər verən Göy qübbəsi bu təqvimdən razı qalacağınızı bəyan edir. Əgər daxili orqanlarınızı qoruya bilsəniz, hər hansı fəsad olmayacaq.
XƏRÇƏNG – Qarşınızda unikal bir tarix dayanıb. Demək olar ki, bütün proseslərdən mənfəət götürəcəksiniz, əlbəttə əgər bütün planlarınız ədalət prinsiplərinə söykənərsə. Dilinizi duasız etməyin.
ŞİR – İmkan daxilində çalışın ki, təşəbbüskarlıq başqalarında olsun. Çünki bu gün istənilən riskiniz iflasa uğraya bilər. Daxili gücünüzü ənənəvi vəzifələrinizin icrasına yönəldin.
QIZ – Ümumi gedişat maraqlı bir təqvim yaşayacağınızı bəyan edir. Hər şeyə yenidən başlayın. Əgər üç dəfədən çox cəhd etdiyiniz işlər boşa çıxırsa, onlardan imtina edin. Səfərə çıxa bilərsiniz.
TƏRƏZİ – Kosmik fon uğursuz olduğu üçün bir çox məsələlərə ehtiyatla yanaşmalısınız. Maliyyə sahəsində isə bütün növ planlarınızı dondurmağınız məsləhətdir. Yalandan keçən işlərdən yayının.
ƏQRƏB – Səhər saatlarında müəyyən problemlərdən keçəcəksiniz. Təmkininizi qorumaqla bu gərginliyi minimal itki ilə başa vura bilərsiniz. Günün qalan vaxtı müsbət çalarlı olacaq.
OXATAN – Təxminən saat 15-ə qədər nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Hansısa problemin yaranacağını düşünməyin. Sonrakı müddətdə isə diqqətli olmalısınız.
OĞLAQ – Astronomik quruluşun o qədər də qənaətbəxş olmaması köhnə münaqişələri təzələməyinizin qorxulu olacağını göstərir. Bu səbəbdən bütün gücünüzlə neytrallığınızı qorumalısınız.
SUTÖKƏN – Düşərli bir gün yaşayacaqsınız. Ailə üzvlərinizlə, gündəlik ünsiyyətdə olduğunuz insanlarla mülayim davranın ki, bu hal davamlı olsun. Şəxsi büdcənizi bərk-bərk qoruyun.
BALIQLAR – Ötən günlərin gərginliyindən əsər-əlamət qalmayacaq. Üstəlik, gələcək həyatınızda önəmli rol oynaya biləcək şəxslərlə rastlaşmaq ehtimalınız da var. Müqəddəs məkanlara mütləq baş çəkin.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər