BolgeXeber.Com » Ölkə » Bu həftə üç gün ardıcıl istirahət edəcəyik

Bu həftə üç gün ardıcıl istirahət edəcəyik

2-03-2015, 10:53
Oxunub: 4 573 Bu həftə üç gün ardıcıl istirahət edəcəyikİş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib

Əmək Məcəlləsinin tələblərinə əsasən 8 Mart - Beynəlxalq Qadınlar günü ilə bağlı Azərbaycanda daha bir gün qeyri-iş günü olacaq.

Qanunvericiliyə görə qeyri-iş günü sayılan 8 mart bazar gününə, yəni istirahət gününə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə edilən düzəlişlərə əsasən, 9 mart – bazar ertəsi qeyri-iş günü hesab olunacaq.

Beləliklə, 7 mart tarixi də şənbə gününə təsadüf etdiyi üçün, 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Nazirlər Kabineti Novruz bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edib.

İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Beləliklə, indi Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23, 24, 25, 26, 27 və 28-də (şənbə günü) daxil olmaqla, 9 gün ardıcıl qeyri-iş günüdür (martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün ayın 25-i və 26-sı da qeyri-iş günləri sayılır).