BolgeXeber.Com » Gündəm » Hövsanda məmurlar 18 il vətənə xidmət edən hərbi əlilə torpağınnda ev tikməyə qoymurlar-ŞİKAYƏT

Hövsanda məmurlar 18 il vətənə xidmət edən hərbi əlilə torpağınnda ev tikməyə qoymurlar-ŞİKAYƏT

3-03-2015, 03:01
Oxunub: 5 301 Hövsanda  məmurlar  18 il vətənə xidmət edən hərbi əlilə torpağınnda ev tikməyə qoymurlar-ŞİKAYƏT"Sözlərimə də məhəl qoymadan deyirlər, burda nə etsəz, traktorla dağıdacağıq"

Bolgexeber.com-a müraciət edən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E. Qasımov küçəsi ev 15, mənzil 48 ünvanında müvəqqəti yaşayan 2-ci qrup hərbi əlil, ehtiyatda olan mayor Novruzov Rövşən Rafail oğlu prezident İlham Əliyevə və bir sıra dövlət rəhbərlərinə şikayət ərizəsi ilə müraciət edir.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI CƏNAB İLHAM ƏLİYEVƏ.

SÜRƏTİ :
BAKI ŞƏHƏR İÇRA HAKİMİYYƏTİNİN BAŞÇISI.
CƏNAB HACIBALA ABUTALIBOVA.

ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ PREZİDENTİ.
CƏNAB DAVUD RƏHİMLİYƏ.

SURAXANI RAYON İCRA HAKİMİYYƏTİNİN HÖVSAN QƏSƏBƏSİ ÜZRƏ NÜMAYƏNDƏSİ.
CƏNAB AĞASƏLİM ƏLİYEVƏ.

Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E. Qasımov küçəsi ev 15, mənzil 48 ünvanında müvəqqəti yaşayan 2-ci qrup hərbi əlil, ehtiyyatda olan mayor Novruzov Rövşən Rafail oğlu tərəfindən.

Problemləri həll olunmayan hərbi əlil ərizəsi
Hörmətli Prezident, Cənab Ali Baş Komandan !
Məcbur qalıb 2013-cü il tarixdən etibarən edilən müraciətimə müsbət cavab verilmədiyi üçün yenə ümüd yerim Sizsiniz, Sizə bildirmək istəyirəm ki, 1993-cü ildən etibarən Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayıram, həmin dövürdən başlayaraq hərbiçi olmaq qərarına gəlib, düşmənlərimizdən qisas almağı özümə borc bildim və həmin ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olmuşam. 1996-ci ildə oranı bitirdikdən sonra həmin ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olmuş, həmin məktəbi Taktiki Qoşun Kəşfiyyatı Komandiri ixtisası üzrə tam kurs bitirmiş, dövlət imtahanı komissiyasının qərarı ilə zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisasını bitirmişəm.
Mən 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişəm. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişəm. Hal -hazırda ehtiyyatda olan zabitəm, 18 təqvim ili xidmət müddətimdə yaşayış yeri ilə, evlə və torpaq sahəsi ilə təmin olunmamışam. 2-ci qrup hərbi əliləm.
2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə təltif olunmuşam.
2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə təltif olunmuşam.
2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşam.
Qeyd etmək istəyirəm ki, xidmətimin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişəm.
2013-cü ilin sentyabr ayından etibarən torpaqla təmin olunmaq barədə Azərbaycan Respublikasının Ədiliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi rəisi cənab Mehdi Səlim-zadəyə və Hövsan bələdiyyəsinə müraciət etmişəm, 2014-cü il fevral ayında Suraxanı rayon icra hakimiyyətinin başçısının qəbulunda olmuşam, onlar isə mənim imtiyazlı insan olduğuma görə torpaqla təmin olunmağım barədə Hövsan bələdiyyəsinə göstəriş verib, çox sağ olsun hörmətli Prezidentimiz və Prezdentimizə daima sadiq olan cənab İcra Başçısı İlqar müəllim məni torpaqla təmin olunmağıma göstəriş verdi. Sizə öz minətdarlığımı və təşəkkürümü bildirirəm. 21.01.2015-ci il tarixdə 4 sot torpaqla təmin olunmağım barədə Hövsan bələdiyyə rəisi Nərgiz Talıbova mənə torpaqın yerləşdiyi yerin sxemin və Bakı şəhər İcra Hakimiyyətinə təqdim etmək üçün məktub təqdim edib, sonra Suraxanı rayon icra hakimiyyətinin başçısının göstərişinə əsasən Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi və Hövsan bələdiyyəsinin yeni sədri mənimlə birlikdə əraziyə gedərək və mənim 2-ci qrup hərbi əlil, keçmiş zabit olmağımı nəzərə alaraq, mənim qanuna müvafiq olaraq torpaqla təmin olunmağım barədə 4 sot yeri özləri şəxsən mənə göstərdilər.
Sonra mən ev tikmək istədim mənə bildirdilər ki, burda ev tikmək olmaz, səbəbini soruşduqda müəyən bəhanələr gətirdilər, bu bəhanələrin gətrilməsinə səbəbkar Sultan müəllim və Ağasəlim müəllim oldu ki, mən nə isə tikmək istəyəndə məni bir -birinin üstünə atmaqla bezdirirlər. Həttda mən 2-ci qrup hərbi əlil Ağasəlim müəllimə zəng edirəm, telefona cavab vermir, əlil bir insana bu qədər etinadsızlıq olmaz. Mən bildirirəm ki, cənab İcra Başçısı İlqar müəllim məni torpaqla təmin olunmağıma göstəriş verib, siz kimsiz ki, qadağa qoyursuz. Bu sözlərimə də məhəl qoymadan deyirlər, burda nə etsəz, traktorla dağıdacağıq, bunların niyə gücü mən hərbi əlilə çatır, həmin ərazidə minlərlə evlər var onları niyə qoyublar tikməyə və niyə sökmürlər. Mənə isə verilən torpağıma binokulla baxmağıma vadar edirlər. 18 il xidmət etmiş hərbi əlilə belə ədalətsizlik, haqsızlıq etmək olmaz. Mən xəstəliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə olarkən qazanmışam və hərbi əlil olmuşam. Buna görədə Hörmətli cənab Prezdentimiz İlham Əliyev hərbiçilər üçün bu qanunu tətbiq edib, lakin bəzi məmurlar bu tapşırıqları icra etmirlər.
Hörmətli Cənab Prezident mən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatda olan mayoruna, hərbi əlilinə çatandamı tətbiq olunmalıdır, mənə qadağa qoyurlar. Sizdən çox xahiş edirəm mənə torpaq verilən yerin 2007-ci il tarixdən 2015-ci il tarixədək olan torpaq sahəsinin çəkilişləri ilə müqaisə edilməsinə göstəriş verin, bu zaman burada nə qədər ev tikildiyinin şahidi olacaqsınız. Necə ola bilər ki, mən əlilə bu tikinti üzrə növbə çatdıqda qadağan edilir. Ancaq bu ərazidə araşdırsaz mənim qədər xidmət edən və hərbi əlil olan demək olar ki, yoxdur. Bəs onda onlara necə icazə verilir, ancaq mənə icazə verilməsi qadağan edilir və həttda Sultan müəllim tərəfindən mənə bildirilir ki, bu ərazidə nə isə tikilsə belə söküləcəyini bildirir, bunu bu qədər tikililərdən sökdürməyə gücü çatmır, gücü mən hərbi əlil insana çatır deyəsən. Başqalarına çatsa onlarada tikintiyə icazə verməzdir. Təəssüf olsun ki, onlara gücü çatmır. Onların tək hədəfi mən hərbi əliləm.
Hətta Hörmətli Prezidentimiz Cənab İlham Əliyevin hər dəfə iclaslarda dövlət məmurları qarşısında qoyulan tələbləri xatırladıb:“Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”

Hörmətli Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı !
Xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevə, onun irsinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycanda və dünyada xeyirxah işlər görən Heydər Əliyev Fonduna böyük hörmətim var.
Hörmətli Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı !
2-ci qrup hərbi xidmətlərə görə əliləm. Xidmət müddətində mənzillə və ya torpaqla təmin olunmamışam. Yuxarıda qeyd etdiyim kimi Suraxanı rayon Hövsan qəsəbəsində 4 sot torpaqla təmin olunmuşam.
Hörmətli Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı !
Ümidim Sizədir ! Sizə inanıram ! Xüsusi qayğıya ehtiyacım var. Xahiş edirəm ki, mənə verilən torpaqda ev tikməyim barədə köməkdarliq edəsiniz.

Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, himayəmdə Qarabağ müharibə veteranı ata, anam, iki az yaşlı övladım və həyat yoldaşım var. Yaşamağa evim yoxdur. Sizin kimi hörmətli, vətənpərvər, xalqsevər və dahi insanların köməkdarlığına ehtiyacım var.

Hərbi qulluqçuların statusu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
II BÖLMƏ
HƏRBİ QULLUQÇULARIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ [32]S
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. [37]
Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.
Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. [40]
Fərdi yaşayış evi tikən və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə hərbi xidmət edənlərə 100 faiz miqdarında.
Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd və qəsəbə yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına torpaq sahələri ayırmalı, tikintidə, tikinti. materialları almaqda kömək göstərməlidirlər. [42]

Bakı şəhəri, 25 dekabr 1991-ci il. Azərbaycan Respublikasının Prezidenti
№ 36.

Hörmətli Prezident, Cənab Ali Baş Komandan !
Sizdən çox xahiş edirəm ki, Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 36 №li fərmanı ilə təsdiq olunmuş “hərbi qulluqçuların statusu haqqında” qanunun tələblərinə əsasən fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada ev tikməyim üçün mənə şərait yaradasınız və kömək edəsiniz.

28.02.2015-ci il. İmza:Rövşən NOVRUZOV
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com