BolgeXeber.Com » Gündəm » Ramiz Zeynalovun işçisini ifşa edən faktlar ortaya çıxdı-VİDEO

Ramiz Zeynalovun işçisini ifşa edən faktlar ortaya çıxdı-VİDEO

3-03-2015, 18:55
Oxunub: 4 461 Ramiz Zeynalovun işçisini ifşa edən faktlar ortaya çıxdı-VİDEOMəsələni işıqlandırmağımıza baxmayaraq İlham Ağayevin özbaşnalığı hələ də davam edir.

Bir müddət öncə süjetlərimizin birində Cəlilabad rayon ,Ağdaş kənd sakinin Göytəpə YPX-nin inspektoru ilə bağlı şikayətini işıqlandırmışdıq.Rayon sakini Məmmədkərim Nağıyev şikayətində bildirmişdi ki ,Göytəpə YPX-nin inspektoru İlham Ağayev onu qanunsuz olaraq saxlayaraq ailəsinin yanında təhqir edib. Biz də məsələyə aydınlıq gətirmək məqsədilə İlham Ağayevlə əlaqə saxlasaq da o deyilənləri təkzib etmişdi.
Məsələni işıqlandırmağımıza baxmayaraq İlham Ağayevin özbaşnalığı hələ də davam edir.Adı çəkilən şəxslə bağlı BTV-yə gələn şikayət səngimək bilmir.
Məmmədkərim Nağıyevin həyat yoldaşı üzünün görünməsini istəməsə də kameralarımıza danışdı.
Biz bu məsələni diqqətdə saxalayacaq ,araşdırmalarımızı davam etdirəcəyik.
BOLGEXEBER.COM