BolgeXeber.Com » Gündəm » Bolgexeber.com-un 5 yaşı tamam olur

Bolgexeber.com-un 5 yaşı tamam olur

4-03-2015, 09:13
Oxunub: 4 146 Bolgexeber.com-un 5 yaşı tamam olurBu gün Bolgexeber.com saytının 5 yaşı tamam olur.2010-cu ildə təsis edilən Bolgexeber.com ötən müddət ərzində ölkənin populyar xəbər saytlarından birinə çevrilməyi bacarıb.
Saytda nəinki bölgələrdə ,eləcə də ölkədə baş verən hadisələr, ictimai-siyasi proseslər və digər maraqlı sahələr üzrə rəngarəng xəbərlər, yazılar yerləşdirilir,sosial problemlər işıqlandırılır. “Bolgexeber.com saytı olaraq, biz redaksiyamıza daxil olan bütün məlumatları daim dəyərləndirərək öyrənməyə və ətraflı işləyib işıqlandırmağa çalışmışıq. Əsas hədəfimiz ölkənin, xüsusən də əyalətlərin problemlərini işıqlandırmaq olub. Bu gün mətbuat mütəmadi olaraq ölkədə baş verənlərdən yazır. Lakin bunun fonunda bölgələrin problemləri olduqca az miqdarda işıqlandırılırdı və biz bu şərəfli missiyanı öz boynumuza götürdük və oxucuların reaksiyaları onu deməyə əsas verir ki,işin öhdəsindən gələ bilirik”,- Bolgexeber.com –un rəhəri Vasif Turan açıqlamasında bildirdi . Qeyd edək ki,bu ilin fevral ayından Bolgexeber.com tamamilə yeni və müasir formatda yenilənməkdədir.Bolgexeber.com-un 5 yaşı tamam olur

Vasif Turan: «Saytımızın ayaq üstə durmasında oxucularımıza dərindən təşəkkür edirik»

Azərbaycanda fəaliyyət göstərən tanınmış saytlardan biri olan Bolgexeber.com bu illər ərzində oxuculara obeyktiv və qərəzsiz informasiyaların çatdırılmasında bir çox işlər görməyi bacarıb və informasiya bazarında özünəməxsus yerini tuta bilib.

Portalın rəhbəri Vasif Turan açıqlamasında bildirdi ki, 5 il ərzində çox əziyyətlər çəkiblər. O qeyd edir ki, Bolgexeber.com-un araya-ərsəyə gəlməsi ilə yanaşı, onu yaşatmaq da çətin olub. «Bu gün informasiya sahəsində xeyli sayda portallar fəaliyyət göstərir. Onlarla rəqabət aparmaq, operativ məlumatların oxuculara çatdırılması və xüsusi ilə dəqiq məlumatın verilməsi ciddiyyət tələb edir.
Vasif Turan daha sonra bildirdi ki, rəhbərlik etdiyi xəbər portalı bu 5 ərzində xeyli təhdidlər,təzyiqlər, hədələr də görüb. «İş olan yerdə təbii ki, narazı qalanlar da olacaq. Ələlxüsus, informasiya sahəsində çalışırsansa, deməli, hədələrə, təhdidlərə, hətta təhqirlərə dözməlisən. Azərbaycanda elə bir mühit formalaşıb ki, bəzi məmurlar hələ də öz nöqsanlarını görmək istəmirlər. Həmin nöqsanlardan da yazanda buna kəskin reaksiya verirlər. O səbəbdən bizə edilən təhdidlər və hədələr çox olub. Amma belə hallar bizi işimizdən soyutmayıb, çəkindirməyik. Əksinə, doğru olduğumuzu bildiyimizdən fəaliyyətimizi daha da gücləndirmişik və bundan sonra inkişaf edərək oxucuları obyektiv informasiya ilə təmin etməkdə davam edəcəyik».

Vasif bəy yekunda saytın ayaq üstə qalmasında oxuculara təşəkkürünü bildirib. «Oxucularımıza dərindən təşəkkür edirik. Onların sayəsində bu gün saytımız daha da populyarlaşıb. Onlara söz veririk ki, davamlı olaraq operativ, dəqiq və qərəzsiz məlumatları diqqətlərinə təqdim edəcəyik».
Bolgexeber.com