BolgeXeber.Com » Bölgə » Masalli bazarinda qan töküldü

Masalli bazarinda qan töküldü

6-10-2010, 17:10
Oxunub: 6 123


Ağdam sakini isə sərxoş halda həmyerlisini bıçaqladı

Masallı şəhər bazarında qanlı hadisə törədilib. Rayon polis şöbəsindən verilən məlumata görə, Çaxırlı kənd sakini Elbrus Paşalı bazarda naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır bıçaq yarası ilə xəstəxanaya aparılan E.Paşalı dərhal əməliyyat olunub.

Hadisə baş verən kimi Masallı Rayon Polis Şöbəsinin əməkdaşları cinayətkarın tapılması istiqamətində axtarışa başlayıb. Cinayəti törətməkdə şübhəli bilinən Sığdaş kənd sakini Vəzir Əliyev qısa zamanda müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

Oktyabrın 4-də saat 22:15 radələrində isə Ağdam rayonunun Ergi qəsəbəsinin ərazisində qəsəbə sakini Akif Əkbərov sərxoş halda münaqişə zəminində həmyerlisi Mübariz Əmrahova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb (DİN). Ağdam RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əkbərov tutulub./Bolgexeber.com/