BolgeXeber.Com » Gündəm » Şabranda məktəb direktorlarından pul yığılır

Şabranda məktəb direktorlarından pul yığılır

5-03-2015, 12:13
Oxunub: 3 449 Şabranda məktəb direktorlarından pul yığılırTəhsil şöbəsinin müdiri yoxlamanı bəhanə edərək, məktəb rəhbərlərini talayır

Şabran rayonunda fəaliyyət göstərən orta məktəblərdə təhsilin səviyyəsi bərbaddır. Şagirdlərə lazımi səviyyədə təhsil verilmədiyi, orta məktəblərin direktorlarından mütəmadi olaraq pul tələb edilməsi isə təhsilin keyfiyyətinin aşağa düşməsinə gətirib çıxardığı vurğulanır.

BOLGEXEBER.COM-a daxil olan məlumata görə, artıq Şabran rayonunda təhsil şöbəsinin müdiri Emin Mövsümov yenidən məktəb direktorlarından pul yığmağa başlayıb. İddia edilir ki, Mövsümov bu yığımın səbəbi kimi, rayon təhsil sahəsində aparılan yoxlamaları göstərib. Daha doğrusu, Şabran Təhsil Şöbəsində faktiki olaraq yoxlama aparılır və şöbənin rəhbəri Emin Mövsümov da bunu əsas gətirərək, hər bir məktəb direktorundan 800-1500 manat civarında pul yığdırır.

Məbləğin bu qədər dəyişməsinə səbəb isə həmin məktəblərin müxtəlif kateqoriyalı olması və şagirdlərinin sayına bağlıdır.

Qeyd edək ki, orta məktəblərdən pul yığılması prosesi təkcə Şabranda deyil, digər rayonlar üçün də xarakterikdir. Lakin sakinlər bildirir ki, Şabran rayonunda belə hallar mütəmadi şəkil aldığından bezdirici vəziyyət yaradıb.

Yazıda adı keçən hşəxslərin də mövqeyini dərc etməyə hazırıq.
BOLGEXEBER.COM