BolgeXeber.Com » Müsahibə-Reportaj » Azərbaycanda pulemyotçu kursları açılır

Azərbaycanda pulemyotçu kursları açılır

22-12-2011, 13:05
Oxunub: 5 088 Gələn il Azərbaycanda pulemyotçu kurslarının açılması planlaşdırılır.

Bu barədə Bolgexeber.com-a açıqlamasında Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) sədri, general-mayor Novruzəli Orucov məlumat verib.

General kursun açılmasında məqsədin Silahlı Qüvvələrdə xidmət edəcək gəncləri konkret sahələr üzrə hazırlamaq olduğunu bildirib. Bunun üçün KHVTİC tərəfindən Silahlı Qüvvələrdə istifadə edilən silahların müvafiq təlim modelləri alınacaq.

«Biz indiyədək Silahlı Qüvvələr üçün sürücü, paraşütçü-desant, snayper, mühəndis-istehkamçılar hazırlamışıq. Bu kursları bitirənlər hərbi xidmətə hazırlıqlı gedirlər. Hazırda biz digər ixtisaslar üzrə kursların açılması imkanlarını da nəzərdən keçiririk», - deyə N. Orucov əlavə edib.

General onu da bildirib ki, 2011-ci ilin aprel ayından bu günədək KHVTİC-in snayper kurslarını 350 nəfər bitirib. Yaxın bir həftə ərzində isə kəşfiyyatçı kurslarına start veriləcək.