BolgeXeber.Com » Ölkə » Malik İsaqovla Eldar Əzizov arasında “müharibə”- İki icra başçısı üz-üzə

Malik İsaqovla Eldar Əzizov arasında “müharibə”- İki icra başçısı üz-üzə

6-03-2015, 15:16
Oxunub: 5 474 Malik İsaqovla Eldar Əzizov arasında “müharibə”- İki icra başçısı üz-üzəQubadlının icra başçısı Malik Isaqovla Sumqayıtdakı həmkarı Eldar Əzizov arasında mübarizə qızışır

BOLGEXEBER.COM “Azadlıq”-a istinadən xəbər verir ki, Malik İsaqov Eldar Əzizovun postuna göz dikib.

Məlumatda deyilir ki, Malik İsaqov məqsədinə çatmaq üçün Sumqayıtdakı həmyerlilərini hərəkətə gətirib.

Məlumat üçün bildirək ki, Qubadlı işğal olunandan sonra bu rayonun əhalisinin çox hissəsi Sumqayıta köç edib.

Dünən aldığımız məlumata görə, artıq icra başçıları arasındakı mübarizə açıq müstəviyə keçib. Bildirilir ki, Eldar Əzizov Malik Isaqovun həmyerlilər vasitəsilə Sumqayıtda ona qarşı aksiyalar təşkil edə biləcəyindən ehtiyatlanır. Bu baxımdan o, bu günlərdə müşavirə keçirərək, tabeliyində olan şəxslərə əhalinin problemlərilə ciddi maraqlanmağı, sakinlərin narazılığına səbəb olan məsələləri tez bir zamanda həll etməyi tapşırıb. Eldar Əzizov bununla yerli əhalinin dəstəyini qazanmaq istəyir.

Qeyd edək ki, Malik İsaqovun Sumqayıtın icra başçısı olmaq istəyi Prezident Administrasiyasında müsbət qarşılanmayıb. Hətta hiddət doğurub və onun fəaliyyətinin yoxlanılmasına başlanılıb. Bununla belə Malik İsaqov Eldar Əzizovu “devirmək” üçün səylərini davam etdirir.