BolgeXeber.Com » Sosial » Həkimlərə şad xəbər

Həkimlərə şad xəbər

23-12-2011, 22:25
Oxunub: 4 568 Bəzi səhiyyə işçilərinin maaşı 2 dəfə artacaq

Nazirlər Kabineti 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"ndə dəyişiklik edilməsi barədə qərar verib

Nazirlər Kabinetindən Bolgexeber.com-a verilən məlumata görə, 2012-ci ilin yanvarın 1-dən bundan sonra təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq ediləcək.