BolgeXeber.Com » Xəbərlər » Səbaildə yanğın: 30 nəfər təxliyə olunub

Səbaildə yanğın: 30 nəfər təxliyə olunub

7-03-2015, 11:04
Oxunub: 5 363 Səbaildə yanğın: 30 nəfər təxliyə olunubSəbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın baş verib

Yanğın Yüzbəy Mürsəlov küçəsində yerləşən binanın 2-ci mərtəbəsində başlayıb.
Hadisə yerinə dərhal FHN yanğından mühafizə xidmətinin əməkdaşları gəliblər. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunub. Yanğın söndürülüb və alovun qonşu mənzillər keçməsinin qarşı alınıb.
Hadisə nəticəsində iki mənzilin yanar konstruksiyaları yansa da, xəsarət alan olmayıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
BOLGEXEBER.COM