BolgeXeber.Com » Ölkə » AzTV-də 2 aydır əmək haqları verilmir - ixtisarlar da gözlənilir

AzTV-də 2 aydır əmək haqları verilmir - ixtisarlar da gözlənilir

7-03-2015, 11:16
Oxunub: 4 297 AzTV-də 2 aydır əmək haqları verilmir - ixtisarlar da gözlənilirBankdan deyirlər ki, sizin hesabınıza pul daxil olmayıb»

Bu ilin yanvar ayından bəri Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində işçilərin aylıq əmək haqları verilmir. Bu barədə gundeminfo.az-a məlumat verən həmkarlarımızdan biri deyir ki, AzTV-də əmək haqlarının yubanmasının səbəbləri də bəlli deyil. Həmkarımız deyir ki, onlara mart ayının ortalarında avans veriləcəyi barədə bildiriblər. «Yanvar və fevral ayları üçün maaşlarımız köçmür.Hərə bir söz deyir. Bizdə deyirlər ki, mühasibatlıq köçürüb banka, amma bank pulları buraxmır. Bankdan deyirlər ki, sizin hesabınıza pul daxil olmayıb» deyə həmsöhbətimiz bildirdi. Əlavə etdi ki, həm də AzTV-də manatın devalvasiyası söhbəti çıxandan işçilərin ixtisar edilməsi gözlənilir. Məlumata əsasən xüsusilə dublyaj studiyalarında və texniki işçilər arasında ixtisarların aparılacağı və bəzi yaradıcılıq verilişlərinin bağlanacağı barədə də qeyri-rəsmi xəbərdarlıqlar edilib.