Bakı Olimpiya Stadionunun istismarına icazə verildi
7-03-2015, 16:23
Oxunub: 5 012
2012-ci ilin dekabr ayında tikintisinə başlanılmış Bakı Olimpiya Stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, obyekt nazirlik tərəfindən podratçıdan təhvil alınıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunun sifarişçisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, baş podratçısı Dövlət Neft Şirkəti (ARNDŞ), subpodratçı isə “Tekfen İnşaat və təsisat A.Ş” olub. Prosedura uyğun şəkildə layihə sənədləri hazırlanıb və müvafiq qaydada ekspertizadan keçirilib.
Stadionun tikintisi cədvəl əsasında vaxtında aparılıb. Obyektin müvafiq təşkilatlar tərəfindən yoxlanılması işləri aparılıb və tikinti norma və qaydalarına, layihə sənədlərinə uyğun tikilməsi barədə rəy verilib.
Yuxarıda qeyd edilən sənədləşmə işləri başa çatdıqdan sonra obyektin istismarına aidiyyəti qurum tərəfindən müvafiq qaydada icazə verilib.
Qeyd edək ki, 12-28 iyun 2015-ci il tarixlərdə Bakıda ilk dəfə olaraq keçiriləcək Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu stadionda baş tutacaq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər