BolgeXeber.Com » Ölkə » Cəbrayılın icra başçısı şəxsi biznesini çiçəkləndirir

Cəbrayılın icra başçısı şəxsi biznesini çiçəkləndirir

7-03-2015, 19:30
Oxunub: 4 717 Cəbrayılın icra başçısı şəxsi biznesini çiçəkləndirirMahmud Quliyev büdcə vəsaitlərini necə talan edir?

Biznesə qurşanmış icra başçılarının dosyesi hazırlanır. Bu barədə məlumat verən mənbənin bildirdiyinə görə, bunu yaxın gələcəkdə bütün cəmiyyəti şoka sala biləcək kadr islahatlarına hazırlıq kimi də qiymətləndirmək olar. Bütün fəaliyyətini şəxsi kommersiya maraqları üzərində qurmuş bir çox rayon rəhbərləri bu xəbəri təşvişlə qarşılayıb. Bəzi icra başçıları hətta öz biznesini yaxın qohum-əqrəbasının adına transfer etməyə başlayıb. Lakin prezidentin xüsusi tapşırığını yerinə yetirən müvafiq strukturların öz vəzifəsini yüksək professionallıqla həyata keçirməsi bu çabaları sıfıra endirib. Qeyd edək ki, biznes fəaliyyəti ilə uzun illərdi məşğul olan məmurlar arasında Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevin adı daha çox hallanır. Mahmud Quliyevin 15 ilə yaxın rəhbərlik etdiyi qaçqın rayonda özünə belə deyək, "kiçik imperiya" yaratmasından narazılıq edən cəbrayıllıların əsas iradı məhz dövlət büdcəsinin vəsaitlərinin başçıya məxsus kommersiya qurumları vasitəsilə bu və ya digər yolla transfer edilməsidir. İcra başçısının qanunazidd əməllərindən müxtəlif dövlət qurumlarına, eyni zamanda mətbuata şikayətlər vermiş vətəndaşlara qarşı çoxdan bəri məhkəmə davası açan Mahmud Quliyevin göstərişləri qarşısında hətta rayon məhkəməsinin hakimi də gücsüz görünüb.

Bu gün cəbrayıllıların da söylədiyi bir həqiqət var, başçının kommersiya maraqlarını təmin edən vasitələrdən ən cəlbedicisi büdcə vəsaitlərinin mənimsənilməsidir. Mahmud Quliyevin formalaşdırdığı "mexanizm" əsasında ayrı-ayrı şirkətlər formal satınalma müsabiqələrində qalib elan edilir. Sonradan həmn şirkətlərin hesabına daxil olan vəsaitlər mənimsənilir. Yenicə aldığımız məlumata görə, Mahmud Quliyevin biznesi ötənilki büdcə ayırmaları hesabına daha da çiçəklənib. Cəbrayıl rayon məşğulluq mərkəzinin nəzdində fəaliyyət göstərən "Mərcanlı" MMC faktiki olaraq Mərcanlı kənd icra nümayəndəsinin müavini Hümbət Məmmədovun nəzarətindədir. Qeyd edək ki, Hümbət Məmmədovun müəssisəsi vasitəsilə rayona ayrılan büdcə vəsaitlərinin bir hissəsi nağdlaşdırılırdı.Lakin ötən ildən başlayaraq icra başçısının "işlərini" "Dastan-V" MMC "aşırıb" 2014-cü ildə Cəbrayıl rayon mədəniyyət və turizm şöbəsinin cari təmir işlərinə və Cəbrayıl rayon mərkəzi xəstəxanasına ayrılmış vəsaitlərin əsas hissəsi bu şirkətin əli ilə mənimsənilib. Saatlıda qeydiyyata alınmış "R.M.M" MMC isə rayon icra hakimiyyətinin təmir işlərini "görüb". Biləsuvardakı 8 saylı qəsəbədə tələm-tələsik 2014-cü ilin yanvarında qeydiyyatdan keçmiş "Eltun-T" MMC tikinti-abadlıq işlərinə və digər məqsədlərə ayrılmış təxminən 80 min manat vəsaitin başçıya transferində rol oynayıb.

Digər büdcə vəsaitləri də "Vespa", "Sayad-S", "Asteroid" kimi şirkətlərin vasitəsilə mənimsənilib. Daha bir maraqlı fakt: 2014-cü ilin avqust ayında Biləsuvardakı 10 saylı qəsəbədə təsis edilmiş "Protel S" şirkəti qısa müddət ərzində 120 min manatlıq büdcə vəsaitinə "qonaq" edilib. Biz bilmirik həmin məbləğdən şirkətin direktoru Həqiqət Həsənovaya nə qədər çatıb. Amma əminliklə söyləmək olar ki, Mahmud Quliyevin "əl" qoyduğu məbləğin hesabına ərzaq məhsulları alınmayıb. Bundan heç cəbrayıllı qəçqınların məlumatı belə yoxdur. Yuxarıda qeyd olunanlar təkcə bir ilin içində infrastrukturun inkişafı üçün ayrılan vəsaitin yalnız bir hissəsidir. Lakin bu məsələnin hazırda əlaqədar qurumlar tərəfindən nəzarətə götürülməsi başçı Mahmud Quliyevi təlaşa salıb. Məlumata görə, icra başçısı saxta sənədlərin təcili surətdə qaydaya salınması tapşırığını verib. Başçı ehtiyat edir ki, uzun illər ərzində qurduğu biznes imeriyası çökdürülə bilər. Bütün bu çabalara baxmayaraq, onun vəzifədən kənarlaşdırılacağı və ciddi cəzalandırılacağı qaçılmaz olacaq.gundelik-baku