BolgeXeber.Com » Xəbərlər » Tərtərdə məktəblər arasında “7 sual-7 cavab” intelektual yarışı keçirilmişdir-FOTO

Tərtərdə məktəblər arasında “7 sual-7 cavab” intelektual yarışı keçirilmişdir-FOTO

7-03-2015, 20:23
Oxunub: 9 711 Tərtərdə məktəblər arasında “7 sual-7 cavab” intelektual yarışı keçirilmişdir-FOTOQalib komandaya diplom və qiymətli hədiyyələr verilmişdir

Bolgexeber.com bildirir ki, rayon Gənclər Mərkəzində “İdeal” fəal gənclər təşkilatının təşkilatçılığı ilə Tərtər şəhər tam orta məktəblərinin yuxarı sinif şagirdləri arasında “7 sual-7 cavab” məktəblər arasında intelektual yarış keçirilmişdir. Tədbirdə 3 tam orta məktəb və bir məktəb liseyin komandası iştirak etmişdir

Tədbirə rayon icra hakimiyyəti başçısı aparatının, Gənclər və İdman İdarəsinin, rayon təhsil şöbəsinin nümayəndələri, idarə və müassisə rəhbərləri də dəvət olunmuşlar.

Viktorina üç mərhələdə keçirilmişdir. Birinci mərhələdə komandalar bir-birini salamlamış, ikinci mərhələdə səhnəcik nümayiş etdirilmiş, üçüncü mərhələ isə bilik yarışması ilə yekunlaşmışdır.

Komandaların ardıcıllığı püşkatma yolu ilə müəyyənləşmişdir.

Birinci mərhələdə 1 saylı tam orta məktəbin, ikinci mərhələdə 2 və 6 saylı məktəblərin, üçüncü mərhələdə isə 6 saylı tam orta məktəbin komandası fərqlənmişdir. Ümumi balları toplayan münsif heyyəti 6 saylı tam orta məktəbin komandasını qalib elan etmişdir. Mərhələlər arası fasilədə tamaşaçılar məktəblilərin ifasında musiqi dinləmişlər.

Qalib komandaya diplom və qiymətli hədiyyələr verilmişdir. Komandaların tərkibində olan qızlar, komandaları hazırlayan məktəblərin qadın müəllimləri də yaddan çıxmamışdır. 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə onlara da hədiyyələr verilmişdir.

Alqışlar altında “İdeal” fəal gənclər təşkilatının heyyəti səhnəyə dəvət edilmiş, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir haqqında öz ürək sözlərini bildirərək, tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir. Gənclərin asudə vaxtının təşkilində bu yönümdə tədbirlərin keçirilməsinin səmərəli olduğunu qeyd edərək gələcəkdə də belə tədbirlərin davam etdirilməsini tövsiyə etmişdir.
Bolgexeber.com
Tərtərdə məktəblər arasında “7 sual-7 cavab” intelektual yarışı keçirilmişdir-FOTO
Tərtərdə məktəblər arasında “7 sual-7 cavab” intelektual yarışı keçirilmişdir-FOTO
Tərtərdə məktəblər arasında “7 sual-7 cavab” intelektual yarışı keçirilmişdir-FOTO