BolgeXeber.Com » Sosial » Fransa əleyhinə aksiyalar başladı

Fransa əleyhinə aksiyalar başladı

23-12-2011, 22:30
Oxunub: 4 160 Bu gün saat 15 radələrində Fransanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

Bu barədə Bolgexeber.com-a məlumat verən mənbənin sözlərinə görə, ictimaiyyət nümayəndələri dünən Fransa Senatında 38 deputatın iradəsi ilə çıxarılan qanuna öz etirazlarını bildiriblər.

Xatırladaq ki, həmin qanuna görə, 1915-ci ildə Osmanlı imperiyasında erməni genosidinin olmadığını deyən Fransa vətəndaşları cnayət məsuliyyətinə cəlb edəcəklər.

Bu qanunvericilik aktına etiraz olaraq Fransada və Türkiyədə keçirilən etiraz aksiyalarına həmvətənlərimiz də qoşulublar.

Polis aksiyaya müdaxilə etməyib.