BolgeXeber.Com » İdman » İspaniya La Liqasında “Atletik” “Real”ı məğlub edib-VİDEO

İspaniya La Liqasında “Atletik” “Real”ı məğlub edib-VİDEO

8-03-2015, 12:27
Oxunub: 4 025 İspaniya La Liqasında “Atletik” “Real”ı məğlub edib-VİDEOİspaniya La Liqasında XXVI turun oyunları davam edir

Apasport.az saytının məlumatına görə, açılış matçında “Levante” “Eybar”ı qəbul edib.

Hesabda geri düşən meydan sahiblər əzmkar qələbə qazanıb – 2:1.

Lider “Real” səfərdə Kral kubokunun finalçısı “Atletik”in qonağı olub. Matçın 26-cı dəqiqəsində Arits Adurisin vurduğu yeganə qol Bilbao təmsilçisinə 3 xal qazandırıb.

“Kral klubu”nun məğlubiyyəti isə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Barselona” üçün əla şan olub. Kataloniyalılar “Nou Kamp”da orta sıralarda yer alan “Rayo Valyekano”nu sınağa çəkəcək. Luis Enrikenin yetirmələri qələbə qazanarsa, zirvəni ələ keçirəcək.

Turun mərkəzi oyunu “Atletiko” ilə “Valensiya” arasında baş tutacaq.

Yekun matçında isə autsayder “Kordoba” doğma divarlar arasında “Xetafe” ilə üz-üzə gələcək.

İspaniya La Liqası

XXVI tur

06 mart

“Levante” – “Eybar” – 2:1

Qollar: Barral, 65, Uçe, 68 – Berjon, 55

07 mart

“Deportivo” – “Sevilya” – 3:4

Qollar: Ryera, 28; 72, Peres, 90+3 – Vitolo, 33; 52, Qameyro, 65-pen, Sidney, 83-avtoqol

“Atletik” – “Real” – 1:0

Qol: Aduris, 26

“Elçe” – “Almeriya” – 1:0

Qol: Rodriqes, 6

“Qranada” – “Malaqa” – 1:0

Qol: Kamaço, 57-avtoqol

08 mart

15:00. “Barselona” – “Rayo Valyekano”

20:00. “Real Sosyedad” – “Espanyol”

22:00. “Vilyarreal” – “Selta”

00:00. “Atletiko” – “Valensiya”

09 mart

23:45. “Kordoba” – “Xetafe”