BolgeXeber.Com » Ölkə » Sumqayıtda saat icra hakimiyyəti kimi düz işləmir ...-FOTO,VİDEO

Sumqayıtda saat icra hakimiyyəti kimi düz işləmir ...-FOTO,VİDEO

19-03-2015, 13:43
Oxunub: 22 197 Sumqayıtda saat icra hakimiyyəti kimi düz işləmir  ...-FOTO,VİDEO"Söhbət ,bir məşhur kinomuzda deyildiyi kimi “sosiskadan getmir”,şəhərə,şəhər sakinlərinə “vnimatelniy”(diqqətli) olmaqdan gedir"

Adətən dünyanın bütün şəhərlərində saat qüllələri ən dəqiq işləyən saatlar sayılır ki,insanlar da onlara uyğun saatlarını tənzimləyirlər.Londonun rəmzi olan Big Ben , Adanada Böyük saat,elə Bakı bulvarındakı Saat Qülləsi də bu qəbildəndir.
Ancaq Sumqayıtda, bütün dünyanın əksinə olaraq şəhərin ən əsas, ən dəqiq saatı sayıla biləcək saatları, ən səhv işləyənlərdir. Qüllə saatlar bir qayda olaraq şəhərə yaraşıq verir ,həmçinin bir qayda olaraq şəhərin görməli yelərində ucaldılır ki, insanlar praktik baxımdan da ondan yararsınlar,saatın neçə olmasını uzaqdan belə görə bilsinlər. Sumqayıtda da bir neçə il bundan əvvəl iki saat qülləsi istifadəyə verilib. Düzdür onlar Big Ben kimi möhtəşəm olmasa da pis də deyil. İlk baxışdan bu saat qüllələrinin şəhərdə ucaldılması təqdirəlayiqdir, ancaq təəsüflər olsun bu saatlar istifadəyə verilən gündən indiyəcən düz -əməlli başlı işləməyib. BTV-yə müraciət edən Sumqayıt sakinlərinin bildirdiyinə görə saat qüllələrində saat ya bir neçə saat geri qalıb,ya qabağı göstərib. İndi isə hər ikisi ümumiyyətlə işləmir. Sakinlər deyir ki,elə isə sual olunur, bu saatlara dövlət büdcəsindən yüzminlərlə manat xərc niyə çəkilib?! Sumqayıtda saat icra hakimiyyəti kimi düz işləmir  ...-FOTO,VİDEO
“Axı işləməyən saat nəyə və kimə lazmdır?! Düzdür,ara-sıra bu saatları düzəldirlər, ancaq bu çox çəkmir.Təbii ki,saatlarda nəsə problem var ki,tez-tez işləmir, işləyəndə də səhv işləyir. Yaxınlıqda yaşayan və çalışan sumqayıtlıların dediyinə görə saat qülləsindəki saatlar prezident gələndən-gələnə təmir edilir.Özü də maraqlıdır ki,onların hər ikisi şəhərin gözəgəlimli yerində;biri Sülh küçəsində,düz şəhərin girəcəyində,digəri isə Heydər Əliyev parkında(Hündürlüyü 8 metrdir) yerləşir.
Ya belə çıxır ortada yeyinti halı var ki, bu saatlara ayrılan pulların ucundan-qulağından kəsilib deyə saatlar keyfiyyətsizdir,ya da şəhər səviyyəli bir işə aidiyyəti qurumlar çox səhlənkar,səriştəsiz və laqeyd yanaşıb deyə ortada belə nəticə var. Hər bir halda buna cavabdeh şəhər rəhbərliyidir və bu icra hakimiyyətinin problemidir. Deyə bilərsiniz ki, Sumqayıtda mövcud olan çoxsaylı problemlərin fonunda bu o qədər də əhəmiyyətli məsələ deyil. Ancaq söhbət ,bir məşhur kinomuzda deyildiyi kimi “sosiskadan getmir”,şəhərə,şəhər sakinlərinə “vnimatelniy”(diqqətli) olmaqdan gedir. Hələ yerli sakinləri demirəm,onlar şəhərdəki sosial problemlərə və onların həll olunmamasına öyrəncəlidirlər,şikayət etməyin də mənasız olmasını bilirlər,amma bəs azdan-çoxdan şəhərimizə gələn xarici qonaqlar şəhərdə iki saat qülləsi olmasını və ikisinin də işləməməsini görüb görəsən nə düşünəcəklər?!Bundan başqa bu xırda məsələ icra başçısının şəhərə olan münasibətinin bir növ bariz göstəricisir.Belə çıxır ki, saatlar kimi icra hakimiyyəti də səhv işləyir,daha dəqiq desək düz işləmir.Bir çox sakinlər isə haqlı olaraq bildirdilər ki,əgər şəhər rəhbərliyi adi bir saatın öhdəsindən gələ bilmirsə,bu boyda şəhərin problemlərinin öhdəsindən necə gələ bilər? “,-Saat Qüllələrinin fotolarını redaksiyaya göndərən Sumqayıt sakinləri BTV-yə yazırlar.
P.S.Doğrudanmı icra başçısı Eldar Əzizov həftə səkkiz, mən doqquz Sumqayıtdan Bakıya üz tutakən şəhərin düz girəcəyindəki işləməyən saatı görmür?! Yoxsa görür, sadəcə önəm vermir...
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

BOLGEXEBER.COM

Sumqayıtda saat icra hakimiyyəti kimi düz işləmir  ...-FOTO,VİDEO
Sumqayıtda saat icra hakimiyyəti kimi düz işləmir  ...-FOTO,VİDEO
Sumqayıtda saat icra hakimiyyəti kimi düz işləmir  ...-FOTO,VİDEO
Sumqayıtda saat icra hakimiyyəti kimi düz işləmir  ...-FOTO,VİDEO
Sumqayıtda saat icra hakimiyyəti kimi düz işləmir  ...-FOTO,VİDEO
Sumqayıtda saat icra hakimiyyəti kimi düz işləmir  ...-FOTO,VİDEO