BolgeXeber.Com » Ölkə » Azərbaycanda xəstəxanada mübahisə: "Qızımı siz bu günə saldınız" (VİDEO)

Azərbaycanda xəstəxanada mübahisə: "Qızımı siz bu günə saldınız" (VİDEO)

10-03-2015, 10:13
Oxunub: 6 585 Azərbaycanda xəstəxanada mübahisə: "Qızımı siz bu günə saldınız" (VİDEO)Xəstəxanada doğuş zamanı körpə zədə alıb

Mehman Mahmudovun sözlərinə görə, onun yoldaşı hamilə imiş. Və günün birində yoldaşının sancıları başlayıb. Buna görə də, o, həyat yoldaşı İlahə Mahmudovanı Binəqədi rayonunda yerləşən 6 saylı Məlikov adına Birləşmiş Şəhər Xəstəxanasına gətirib. Xanımı xəstəxanın doğum şöbəsində qəbul edilib. Ancaq 8 ay olmasına baxmayaraq ana uşağı dünyaya gətirməli olub.

Körpənin atası Mehman Mahmudov deyir ki, həyat yoldaşına doğumu vaxtından tez etmək üçün müxtəlif dərman preparatları veriblər. Buna görə də doğuş zamanı körpə sağ əlindən xəsarət alıb. Nəticədə onun bazu sümüyü sınıb. Bir sözlə qızcığaz xəsarət alaraq dünyaya gəlib. İndi valideyn bir şey istəyir. Həmin həkimlər cəzaladırılsın. Bundan əlavə xəstəxana həkimləri həmin uşağın aldığı xəsarətə görə, başqa tibb müəsisəsinə köçürülməsinə görə göndəriş vərəqəsi də vermirlər. Müsahibim onu da etiraf edir ki, artıq beşinci uşaqdır ki, məhz bu xəstəxanada dünayaya gəlir. Əvvəlki 4 uşağın dünyaya gəlişində heç bir problem olmayıb.

“Körpə sağ əlindən xəsarət alıb. Uşağın biləyi əyridir. Uşağı başqa xəstəxanaya aparmaq istəyirəm, amma vermirlər. Deyirlər ki, xəstəxanada göndəriş yoxdur. Səhəri gün yenə də onlara müraciət etdim ki, göndəriş verin uşağı başqa xəstəxanaya aparım, deyirlər ki, biz dünən göstəriş verirdik, sən razı olmadın”, – deyə şikayətçi Mehman Mahmudov bildirdi.

Elə biz də valideynlə bərabər üz tutdq 6 saylı Məlikov adına Birləşmiş Şəhər Xəstəxansına. Qapını üzümüzə açmaq istəməyən həkimlərlə valideyn arasında mübahisə düşdü.

Yalnız bu mübahisədən sonra xəstəxananın baş həkiminin müavini İsrayıl Qasımov gəldi. O bildirdi ki, körpə doğularkən həqiqətən zədə alıb. Amma bu hadisə doğuş zamanı baş verib. Həkimlər də yalnış dərman preparatlarından istifadə etməyib. Qaldı ki, körpənin aldığı zədəyə görə başqa xəstəxanaya köçürülməsinə baş həkimin müavini İsrayıl Qasımov bildirdi ki, valideynlərə təklif edilib ki, travmatoloq, nervopatoloq göndərilsin:

"Eyni zamanda həmin xəstəxananın baş həkimi ilə də danışıqlar aparıldı. Lakin onlar bununla razılaşmırlar ki, bizim özümüzün həkimimiz var və uşağı ona göstərəcəyik. Göndəriş məsələsinə gəlincə isə, biz göndəriş və çıxarış nə lazımdırsa onu da verəcəyik. Bununla bağlı heç bir problem yoxdur”.

Bundan başqa həkim bizi əmin etdi ki, sabahdan etibarən xüsusi təcili yardım maşını ilə qızcığaz dövlət xəstəxanalarından birinə köçürüləcək.