BolgeXeber.Com » Ölkə » Beyləqanda dövlətin əmlakını yerli məmurlar talan edirlər

Beyləqanda dövlətin əmlakını yerli məmurlar talan edirlər

10-03-2015, 14:26
Oxunub: 4 677 Beyləqanda dövlətin əmlakını yerli məmurlar talan edirlərRedaksiyamıza Beyləqan rayonundan gələn şikayətlərdə bildirilir ki, yerli icra hakimyyəti başçısının birinci müavini Telman Məstanovun korrupsiyaya qurşanması dövlətə külli-miqdarda ziyan vurulması ilə yanaşı rayonda əhalinin su təhcizatı sahəsində qlobal problemlərlə özləşməsinə birbaşa şərait yaradıb.

Vertikal.az-a daxil olan məlumatda ilginc faktlar da açıqlanır: “Məsələ bundadır ki, cənab Məstanov vəzifə səlahiyyətindən sui-istifadə edərək Beyləqanın Xalac kəndindəki su anbarından rayonun Dünyamallar , 2-ci Şahsevən , Mil kəndlərinə gedən su borularını çıxartdıraraq satdırıb. Adını da qoyublar ki ,guya sıradan çıxıb. O cümlədən Qəhramanlı kəndi ərazisində də su boruları çıxarılıb. On kilometrlərlə istifadəyə yaralı su xəttləri məhv edilib”.

Verilən məlumata gorə xromlanmış dəmir boruların təkcə 360 metri 5 min manata satılıb. Ümumilikdə başçının müavinin əldə etdiyi qacancın nə qədər olmasını yalnız təxmin etmək olar.

Su problemi ilə bağlı icra hakimiyyətinə şikayətlə gələn əhaliyə isə cənab Məstanov bildirir ki, “Darıxmayın, dövlət yeni su xəttləri çəkəcək”. Görəsən, dövlət əmlakını bu cürə dağıtmaq Beyləqanda belə asanddır?

Qarşı tərəfi dədinləməyə hazırıq...