Azərbaycanda daha bir doğuş faciəsi — 29 yaşlı ana dünyasını dəyişdi
10-03-2015, 19:13
Oxunub: 4 460
Gəncədə gənc ailənin uşaq sevinci bir anda faciəyə çevrilib
Bir neçə gün əvvəl qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən 29 yaşlı Təranə Tomuyeva dünən xəstəxanada dünyasını dəyişib.
Mərhumun yaxınlarının Milli.Az-a verdiyi məlumata görə, T.Tomuyeva martın 2-də Gəncə şəhər Doğum Evinə aparılıb.
Orada mama-ginekoloq Ağcagül Qasımova tərəfindən qeysəriyyə əməliyyatı edilib. Sonradan isə xəstənin vəziyyəti qəfil pisləşib və yenidən əməliyyata götürülüb. Dünən isə T.Tomuyeva dünyasını dəyişib.
Təranənin yaxınları iddia edir ki, qeysəriyyə əməliyyatı zamanı həkimlər onun bağırsağını zədələyiblər. Təkrar əməliyyat da məhz bu problemi aradan qaldırmaq üçün edilib.
T.Tomiyevanın əməliyyat edən və adı ölümdə hallandırılan A.Qasımova bildirdi ki, xəstənin ölümündə onun heç bir səhlənkarlığı olmayıb:
“Mərhumun valideynləri çox şey iddia edə bilər. Mənim əməliyyatım normal keçib. Əməliyyatdan sonra xəstənin özündə problemlər olub. Mədə-bağırsaq sistemindəki problemə görə yenidən əməliyyata götürülüb. Əməliyyatdan 2 gün sonra bağırsaqda köp əmələ gəlib, qusmalar olub. Xəstənin ölümündə mənim günahlandırılmağım səhvdir”.
A.Qasımova qeyd etdi ki, xəstədə bağırsaq keçilməməzliyi olub və cərrah çağırılıb. Hər şey qaydasında olub. Bu işdə həkim səhlənkarlığı olsa, məsuliyyətə cəlb olunmalıdır. Belə bir şey mümkün deyil.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə