BolgeXeber.Com » İdman » “Real” və “Porto” 1/4 finalda

“Real” və “Porto” 1/4 finalda

11-03-2015, 10:18
Oxunub: 3 750 “Real” və “Porto” 1/4 finaldaÇempionlar Liqasında növbəti görüşlər keçirilib

"Qafqazinfo"nun məlumatına görə, 1/8 final mərhələsinin cavab oyunlarına Pireney yarımadasında start verilib.

İlk 1/4 finalçılar Portuqaliya və İspaniyada keçirilən qarşılaşmalarda müəyyənləşib. “Draqao” stadionunda baş tutan “Porto” – “Bazel” matçı daha çox maraq kəsb edirdi.

Həm cütün, həm də ev oyununun favoriti hesab edilən meydan sahibləri rəqibini top atəşinə tutub. Görüşdə 4:0 hesabı ilə qalib gələn “Porto” 1/4 finala vəsiqə qazanıb.

Digər oyunda isə “Kral klubu” gözlənilmədən uduzub. Səfərdə “Şalke”ni 2 top fərqilə məğlub edən “Real”ın üstünlüyünü Madriddə əldən vermə niyyətində deyildi. Son matçlarda o qədər də inamlı təsir bağışlamayan Karlo Ançelottinin yetirmələri “Santyaqo Bernabeu” stadionunda yerli azarkeşlərini üzüb.

Beləliklə, “Real” “Şalke”yə 3:4 hesabı ilə məğlub olsa da, 1/4 finala yüksəlib.
BOLGEXEBER.COM