BolgeXeber.Com » Ölkə » Müştəri ilə kobud davranan «UniBank» əməkdaşından polisə şikayət olunur -

Müştəri ilə kobud davranan «UniBank» əməkdaşından polisə şikayət olunur -

11-03-2015, 10:58
Oxunub: 5 435 Müştəri ilə kobud davranan «UniBank» əməkdaşından polisə şikayət olunur -«Müştəriyə xidmət onların borcudur»…

Redaksiyamıza müraciət edən Bakı şəhər sakini Həmidə İsayevanın narazılığı «UniBank» əməkdaşlarının bəzilərinin müştərilərlə kobud davranmasındandır.

Narazı vətəndaş Dia.az-a yazır ki, dünən «UniBank»ın Bayıl filialına aylıq kredit ödənişini ödəmək üçün yollansa da, burada rastlaşdığı münasibət səbəbindən bunu ed bilməyib.

H.İsayeva yazır: «Körpə uşaqlı olduğuma görə əksər hallarda digər müştərilər hörmətlə yanaşıb, mənim növbədənkənar ödəniş etməyimə şərait yaradıblar. Başqa baxanım olmadığına görə bu dəfə də körpə uşağı bayırda qoyub, dərhal ödəniş edə bilməyim üçün «UniBank» əməkdaşına müraciət etdim. Və peşman oldum».

Çox kobud şəkildə təhqir olunduğunu, hamının gözünün qarşısında biabır edildiyini bildirən narazı vətəndaş dia.az-a yazır: «Bunlara tərbiyə vermirlərmi? Mən nə dedim ki… Sadəcə olaraq xahiş etdim. Əgər etmirlərsə, buna görə məni söyməli idilər».

Bakı sakini bildirir ki, ağır formada təhqir olunduğundan dünən stressdən özünə gələ bilməyib və bu gün «UniBank»ın tərbiyəsiz hərəkətlərinə məruz qaldığı əməkdaşı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır: «Bəlkə o da kasıb adamdır. İşini itirə bilər. Amma qoy bilsin ki, insanlara xidmət onların borcudur. İnsanları söymək səlahiyyətini isə kimsə onlara verməyib».

Bütün bu iddialarla bağlı Bankın da münasibətini işıqlandırmağa hazırıq…
BOLGEXEBER.COM