Qaxda sahibsiz it 4 nəfəri dişləyib qaçdı
13-03-2015, 11:10
Oxunub: 4 700
Zərərçəkənlərin hamısı çobandır
Qaxda sahibsiz it çobanlara və mal-qaraya hücum edib. Hadisə Qax rayonunda Sarıca qışlağında baş verib.
Sahibsiz it qoyunların saxlandığı təsərrüfata hücum edərək 4 çobanı – Qax rayon İlisu kənd sakinləri, 54 yaşlı Zabit Musayevi, 83 yaşlı Əli Süleymanovu, 47 yaşlı Azər Məmmədovu və 84 yaşlı Əziz Musayevi yaralayıb.
Bundan başqa, it qarşısına çıxan mal-qaraya və çoban itlərinə də hücum edərək xəsarət yetirib.
Xəsarət alan çobanlar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.
Qax RMX-dan apa-ya bildirilib ki, itin dişlədiyi çobanların hamısı quduzluğa qarşı peyvənd olunub. Əsasən üz nahiyəsindən və əlindən xəsarətlər alan 84 yaşlı Əziz Musayev vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Qax Rayon Baytarlıq İdarəsindən bildirilib ki, idarə tərəfindən həmin əraziyə baxış keçirilib, müvafiq tədbirlər görülüb, vəziyyət nəzarətə götürülüb. Yaralı heyvanlara və itlərə quduzluğa qarşı peyvəndlər vurulub.
Qeyd edək ki, çobanlara hücum çəkən it hələlik tapılmayıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə