BolgeXeber.Com » Xəbərlər » Gəncə Dövlət Universitetinin kafedra müdirinin 65 min manatlıq işi məhkəmədə

Gəncə Dövlət Universitetinin kafedra müdirinin 65 min manatlıq işi məhkəmədə

13-03-2015, 14:26
Oxunub: 4 830 Gəncə Dövlət Universitetinin kafedra müdirinin  65 min manatlıq işi məhkəmədəGəncə Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb


Baş Prokurorluqdan BOLGEXEBER.COM-a verilən məlumata görə, istintaq zamanı Vaqif Rəhimovun qeyd edilən universitetin Ekologiya və Təbiəti Mühafizə kafedrasının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsi aşkar olunub.

Bu yolla V.Rəhimov Bakı şəhəri və Ağdaş rayon sakinlərinin övladlarını ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul etdirmək adı altında etibardan sui-istifadə etmə və aldatma yolu ilə cəmi 65 min manat məbləğində özgə əmlakını ələ keçirib.

Ona Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Vətəndaşlara vurulmuş maddi ziyanın 34 min manatının istintaq müddətində ödətdirilməsi təmin edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BOLGEXEBER.COM