BolgeXeber.Com » Bölgə » Mübariz İbrahimovun qohumu deputat olmaq istəyir?

Mübariz İbrahimovun qohumu deputat olmaq istəyir?

9-10-2010, 03:50
Oxunub: 6 129

Biləsvuarda şəhidin yaxın qohumlarından birinin namizədliyini irəli sürdüyü xəbəri yayılıb

Azərbaycan ordusunun qəhrəman zabiti, şəhid Milli Qəhrəmanımız Mübariz İbrahimovun yaxın qohumlarından birinin 66 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürdüyü barədə məlumat yayılıb. “Bolgexeber”-ın Biləsuvardan aldığı məlumatda deyilir ki, hazırda rayonda hamı bu məsələdən danışır.

Məlumatda deyilir ki, yerli DSK-ya oktyabrın 2-də müraciət edən İbrahim İbrahimov adlı şəxs olub. Sakinlərin iddiasına görə, həmin şəxs şəhid zabitimizin yaxın qohumudur. Hətta o da deyilir ki, əgər bu məlumat təsdiqini taparsa, bütün digər namizədlər geri çəkilib, onu dəstəkləyəcəklər.

Yerli DSK ilə əlaqə saxlasaq da məlumatı nə təsdiq, nə də təkzib etdilər. Bu barədə hələlik heç bir məlumat verə bilməyəcəklərini bildirdilər.