BolgeXeber.Com » Media » Baş redaktorun müraciətinə cavab verildi

Baş redaktorun müraciətinə cavab verildi

26-12-2011, 12:10
Oxunub: 3 823 Baş Prokurorluq Vasif Turana övladları ilə bağlı məsələnin nəzarətə götürüldüyünü bildirib

Evi yandırırılaraq iki övladını itirən saytımızın baş redaktoru Vasif Turanın Prezident Aparatına ünvanladığı müraciətinə Baş Prokurorluq tərəfindən cavab gəlib. Məktubda Fövqalədə Hallar Nazirliyinin əməliyyat-istintaq idarəsinin böyük müstəntiqi Qəhrəman Məmmədov 18 oktyabr 2011-ci ildə Cinayət Məcəlləsinin 225.2 maddəsi ilə cinayət işi qaldırılaraq istintaqın aparıldığını bildirir.

Məktubda deyilir ki, cinayət işi Baş Prokurorluqda öyrəndilərkən müəyyən edilib ki, istintaq orqanı tərəfindən hərtərəfli, tam və obyektiv istintaq aparılaraq, qanun pozulmalarına yol verilməyib. “İş üzrə ibtidai istintaq nəzarətə götürülməklə vəziyyət mütəmadi olaraq oyrənilir. Cinayət işinin nəticəsindən asılı olaraq qanuni qərar qəbul olunması təmin ediləcək”.

Xatırladaq ki, hadisə 7 oktyabr tarixində axşam saatlarında baş verib. Vasif Turan və həyat yoldaşı öz evlərindən cəmi 200 metr aralıda yaşayan qayınanasının evində olublar. Gec olduğundan 12 və 13 yaşında olan uşaqları – Əhməd və Rüfəti özləri ilə aparmayıblar. Qayınanasıgilə çatdıqdan 15 dəqiqə sonra evin yandığı barədə xəbər veriblər və mənzillərinə çatana kimi, alovun bütün evi bürüdüyünü görüblər. Uçaqları xilas etmək istəsələr də, mümkün olmayıb və uşaqlar yanaraq kül olublar. Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə briqadası hadisə yerinə gələnə kimi isə ev tamamilə yanaraq külə dönüb.