BolgeXeber.Com » Ölkə » Etibar Hüseynov Şəmkirin icra başçısını "vurdu"

Etibar Hüseynov Şəmkirin icra başçısını "vurdu"

16-03-2015, 12:11
Oxunub: 5 013 Etibar Hüseynov Şəmkirin icra başçısını "vurdu"Milli Məclisin deputatı Etibar Hüseynov doğulduğu rayonun İcra Hakimiyyəti başçısnın fəaliyyətindən narazılığını bildirib

Modern.az-ın məlumatına görə, E.Hüseynov bildirib ki, Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədovun başı "Bu şəhərdə"nin aktyourları üçün konsert təşkil etməyə qarışıb.

”Bir sıra hüzr məclisləriylə bağlı 3 gündür ki, Şəmkirdəyəm. Harda oturursan camaat bazar günü rayon mərkəzində keçirilən "Bu şəhərdə"nin konsertindən danışır. Məlum olur ki, sən demə yeni icra başçısı KVN və "Bu şəhərdə"nin qatı pərəstişkarıymış. Və konserti də şəxsən özü təşkil eləyib. Çox maraqlıdır ki, gecə-gündüz reklam olunmasına baxmayaraq, kassalarda bircə bilet belə satışa çıxarılmayıb. Bütün biletlər Alimpaşa müəllimin tərtib elədiyi siyahı əsasında büdcə təşkilatlarına paylanıb. Bəlkə də bütün bunlara əhəmiyyət verməmək də olardı. Ancaq biləndə ki, yeni başçı "Bu şəhərdə"nin konsertiylə əlaqədar (başı möhkəm qatışıq olduğuna görə) 10 gündür ki, heç kəsi qəbul eləmir... Bax bu hal təəssüf doğurur”.
BOLGEXEBER.COM
Etibar Hüseynov Şəmkirin icra başçısını "vurdu"