BolgeXeber.Com » Ölkə » Nuşirəvan Səfərovun DYP-çiləri “Novruz ovu”na çıxıb

Nuşirəvan Səfərovun DYP-çiləri “Novruz ovu”na çıxıb

16-03-2015, 16:00
Oxunub: 6 908 Nuşirəvan Səfərovun DYP-çiləri “Novruz ovu”na çıxıbSon bir neçə gündür Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Nizami və Suraxanı rayonundakı əməkdaşları sözün əsl mənasında sürücülərə qan uddurur. Kimi harda və necə gəldi saxlayıb cərimələyən bu əməkdaşlarla qanun dilində danışmaq mümkün deyil.

BŞDYP-nin rəisi Nüirəvan Səfərovun diqqətinə bir neçə məqamı çatdırmaq istəyirəm…
İki gün əvvəl Nizami rayonunda qarşımda qəza şəraiti yaradan sürüçünü yox, məni saxlayan DYP əməkdaşı öz mobil telefonu ilə çəkdiyi bir videogörüntünü göstərib nağıl danışmağa bağladı. Özünü haqlı çıxarmağa çalışan bu DYP əməkdaşına sözün həqiqi mənasında yazığım gəldi. Çünki, savadsız olduğunu bütün cəhdlə gizlətməyə çalışan bu bığıburma DYP əməkdaşı baxışılarıyla “mən neyniyim bizə qoyulan gündəlik limitim bitməyib, bunu yazmalıyam“deyirdi”.

Təbii ki, mənim onlarla söz güləşdirməyə nə vaxtım, nə həvəsim nə də özümü onların səviyyəsinə endirib dava-dalaş etmək niyyətim yox idi. Çünki onlar çox savadsız və sürücü ilə rəftar etmək qabiliyyətində belə deyildilər. Odur ki, özlüyümdə “bu cərimə də Nuşirəvan Səfərova bayram payı” olsun deyib susdum və protokolumu alıb yoluma davam etdim…

Ən qəribəsi də odur ki, onlar iddia etdikləri qayda pozuntusu uzrə deyil, tamam başqa bir cərimə yazdılar. Güya mən təhlükəsizlik kəmərimi taxmamışam… Bu köhnə firildaqdı… Hansı ki, bir sürücü olaraq təhlükəsizlik kəmərini taxmadan maşın idarə etmirəm…

By gün yenə Nuşirəvan Səfərovun adamları heç bir qayda pozuntusu etmədiyim halda dayanmaq qadagandır nişanına məhəl qoymadan saxlamaq əmri verdi. Özünü Suraxanı DYP-nin əməkdaşı kimi tədqim edən çavuş dərhal sənədləri istədi. İlk cümləsindən bu əməkdaşı da savadsız olduğunu və haqsız saxladığını hiss etdirdi.
Adətən peşəkar DYP-çilər sürüçüyə yaxınlaşıb harda və hansı formalı qayda pozduğunu anlatdıqdan sonra sənədləri tələb edir və özünə güvəndiyi üçün sürücü ilə heç bir ünsiyyət qurmadan cəriməsini yazır və uzaqlaşıb gedir.

Bu DYP əməkdaşı isə sözün əsl mənasında nağıl danışır, mənim harda nə neçə qayda pozduğumu subut edə bilmir. Üstəlik, “sizə hörmətim o olar ki, cərimənizi yüngül yazaram” deyir. Təbii ki, buna etiraz edib cəriməmi olduğu kimi göstərməsini tələb edirəm. Üstəlik protokola etiraz edəcəyimi bildirirəm. Çətin vəziyyətdə qalan və sözün həqiqi mənasında məni haqsız saxladığını anlayan DYP əməkdaşı protokolda heç bir qayda pozuntusu yazmayaraq mənə imza atdırmaq istəyir. Ki, sonradan \ürəyi istəyəni yazsın… Onun bu istəyi də alınmır. 15 dəqiqə gözlədikdən sonra sükan arxasında əyləşən çavuş “Ay kişi yaz getsin. Kimə də şikayət edir etsin. İstəyir lap Ramil Üsubova desin… Yaz …”

Arxayın DYP əməkdaşı bu cümləsi ilə day-daylı çavuş olduğunu göstərmək istəyir. Uzun gözləmələrdən sonra onlar ağızlarına nə gəldi yazırlar.

Yer gəlmişkən, DYP əməkdaşı mənim soyadımı da düz yazmır. Cənab çavuş, Hüseynov soyadımı, Hüseyinov kimi yazır… Üstəlik maşının adını da güçlə yaza bilir…

Əcəba, əgər mən doğrudan da qayda pozmuşamsa və videogörüntülər varsa, o zaman nədən mənə yüngül cərimə yazmalıdırlar? Səbəb nədir? Axı yazılan cərminənin müəyyən faizi DYP- əməkdaşına çatır və niyə öz pulundan qaçsın? O, niyə mən qaydanı pozduğum halda mənə hörmət eləmək istəyir? Deməli, bu onların uğursuz oyunu və heç bir qayda pozmayan sürücünü sakitləşdirmək və şikayətdən yayındırmaqdır.

Çox hörmətli Nüşirəvan Səfərov… Əla anlayıram ki, bura Azərbaycandı və qanunlar sizlər və sizin savadsız bəzi DYP əməkdaşları üçün keçərli deyil. Xəbəriniz olsun ki, Suraxanı DYP-nin əməkdaşları öz rəsilərinin göstərişi ilə rayonda tufan edirlər.

Görünür, mətbuatın Nuşirəvan Səfərovun “evakuator ovu” barədə yazdıqlarının nəticəsi olub. Evakuatorların əməllərinin ifşa olunduğunu görüb indi başqa yol seçib, yalançı cərimələrlərlə öz ciblərini doldurmaq istəyirlər.

Yaxın günlərdə, il ərzində BŞDYP-nin yığdığı cərimə pullarının hara xərcləndiyi və neçə rəsmiləşdirildiyi barədə məlumat verəcəm. Həmçinin, mətbuatda yazılanları ört-basdır etməkdə mahir olan və yenicə polkovnik rütbəsi alan Vaqif Əsədovun əməllərindən də bəhs edəcəyik…
Bizimxeber.az
Ədil Hüseynli