BolgeXeber.Com » Ölkə » Bank müdirinin oğlu 38 milyonu qaytarmadı - İTTİHAM

Bank müdirinin oğlu 38 milyonu qaytarmadı - İTTİHAM

16-03-2015, 16:17
Oxunub: 4 493 Bank müdirinin oğlu 38 milyonu qaytarmadı - İTTİHAM“Texnikabank” Bakı filialı sabiq müdirinin oğlu vətəndaşların pulunu qaytarmayıb.

Zal Yusifovun oğlu İslam həbsdən azad edilsə də, zərərçəkmişlərə vurduğunu ziyanı ödəməyib. Tia.az-a verilən məlumata görə, atası həbsdə olsa da, İ.Yusifov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Bakı Apelyasiya Məhkəməsi bu qərarı versə də, dələduzluğa görə həbs edilmiş İ.Yusifov vətəndaşların təzminatını qaytarmayıb. Onu da deyək ki, İslam müğənni Xatirə İslamın sevgilisi olub. İ.Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.