BolgeXeber.Com » Ölkə » Mətbuatın dostu Eldar Sultanov üçün əlamətdar gün...

Mətbuatın dostu Eldar Sultanov üçün əlamətdar gün...

16-03-2015, 16:22
Oxunub: 5 306 Mətbuatın dostu Eldar Sultanov üçün əlamətdar gün...Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 52 yaşı tamam olur.

E.Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib.

1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisinin sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.

E.Sultanov 2008-ci ildən Respublika Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik edir. Bu müddət ərzində o, kütləvi informasiya vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.