BolgeXeber.Com » Ölkə » Lənkəran Miqrasiya İdarəsində nə baş verir?

Lənkəran Miqrasiya İdarəsində nə baş verir?

17-03-2015, 16:33
Oxunub: 9 403 Lənkəran Miqrasiya İdarəsində nə baş verir?Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional İdarəsində qanunsuzluq və uğursuz kadr siyasəti həyata keçirilir

Peşəkar kadrlar müxtəlif bəhanələrlə işdən çıxarılır.Səriştəsiz kadrlara üstünlük verilir.Lənkəran rayon sakini,Qarabağ müharibəsi veteranı Fərid Qulamovun qulluq fəaliyyətinə qeyri-qanuni xitam verilib və daimi qulluğa qəbul edilməyib.Bu barədə Bolgexeber.com-a F.Qulamov özü məlumat verib.

O,bildirib ki, 3 il 8 ay hərbi xidmətdə olmuş və Azərbayca Respublikasınınərazi bütövlüyü və konstitusiya quruluşu uğrunda döyüşlərdə iştirak edib.İmtahanla miqrasiya orqanlarına qəbul olunub,bacarığı ilə çalışan bu şəxs şəxsi motivlərlə qanunsuz olaraq işdən azad olunub.

Fərid Qulamov 12 il 5 ay tarix müəllimi kimi Lənkəranın kənd məktəblərində tarix müəllimi işləyib.2011-ci ildə test imtahanından 70 bal toplayaraq Dövlət Miqrasiya Xidmətinə işə qəbul olunub.DMX rəhbərliyinin göstərişi ilə öz ərizəsi ilə müəllim vəzifəsindən azad olunur.Lənkəran Regional Miqrasiya İdarəsi İmmiqrasiya nəzarəti şöbəsinə 1 illik stajçı təyin olunur.Regionda qanunsuz miqrasiyaya qarşı mübarizə aparır.6 aydan sonra Lənkəran İH Başçısının humanitar məsələlər üzrə müavini S.Abdullayev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilir.10 gün sonra DSX-də məsul vəzifədə işləyən qardaşı Cavid Abdullayevin vasitəsi ilə DMX Lənkəran Regional Miqrasiya İdarəsinə rəis müavini təyin edilir.S.Abdullayevə xüsusi status verilir.Tarix müəllimi işlədiyi dövrdə F.Qulamovun o zamanlar Lənkəran Təhsil Şöbəsi müdiri olmuş S.Abdullayevin qanunsuz əməllərinə etirazı xaraktercə kinli S.Abdullayevin yadından çıxmamışdı.İdarəyə gələn gündən S.Abdullayev F.Qulamovu gözümçıxdıya salır.Gah,başqa regiona dəyişiləcəyi barədə anons verir gah da, “mənim bir sözüm sənin xidmətin sonu ola bilər” deyə bildirir.2012-ci ildə hüquq-mühafizə orqanı olan prokurorluqdan təqaüdə çıxan Siyasət Alıyev digər hüquq-mühafizə orqanı DMX-yə işə düzəlir.S.Alıyev Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini vəzifəsini tutmaqla yanaşı,attestasiya komissiyasına üzv təyin olunur.S.Abdullayev stajçı dövründə F.Qulamova müsbət rəy verir.6 aydan sonra artıq işdən uzaqlaşdıracağını yəqinləşdirir.Fərid Qulamov bildirir ki,bu işdə ona S.Alıyev yardımçı olur. Bu zorakı işdən çıxarılmağa hüquqi don geyindirmək üçün attestasiya vasitə seçilir.2012-ci ilin iyun ayında DMX və BMT-nin birgə tədbirində sertifikat aldıqdan 6 gün sonra,gizli şəkildə həmin xasiyyatnamənin əksi olan qərəzli,savadına uyğun xasiyyatnamə Mərkəzi Aparata göndərilir.2013-cü ilin iyulun 7-də sınaq müqaviləsi bitir. Attestasiya komissiyası sədri məzuniyyətdə olduğu üçün attestasiya 11 gün sonra-18 iyul 2013-cü il tarixində keçirilir.F.Qulamova attestasiyada iştirak etmək üçün S.Abdullayev 17.07.2013-cü il tarixində 31 saylı ezamiyyət vəsiqəsi imzalayır. Attstasiyada iştirak etdiyi zaman barəsində mənfi rəy yazıldığının şahidi olur.Attestasiya müvəqqəti sədrlik 18.07.203-cü il tarixində 82 saylı əmrlə DMX rəis müavini,III dərəcəli dövlət miqrasiya xidməti müşaviri E.Əliyevə tapşırılır.Həmin gün şifahi keçirilən attestasiya zamanı F.Qulamova qulluq funksiyaıları ilə bağlı olmayan suallar verilir.Əsasən qədim dünya tarixindən xüsusən, Makedoniyalı İsgəndərdən suallar verilir.Həmin gün attestasiya vərəqəsi tərtib edilmir və surətləri verilmir.Ertəsi gün 19 iyul 2013-cü il tarixdə DMX rəisi 14 günlük məzuniyyətə gedir.Həmin gün səlahiyyətləri 361 saylı əmrlə DMX rəis müavini E.Əliyevə verilir. Elə həmin gün S.Abdullayev F.Qulamovu kabinetinə çağıraraq ona attestasiyadan keçmədiyini bildirir.F.Qulamovun etirazını gördükdə “xidmət rəisinə yaz,başqa regionda işləməyə hazıram” təklifindən imtina etdiyindən S.Abdullayev “sən işsiz qalmayacaqsan,danışmışam məktəbdə müəllim işləyəcəksən” deyə bildirir.F.Qulamov imtina edərək qəbulda iştirak etmək istəsə də, imkan verilmir.Attestasiya komissiyası qərarından şikayət versə də baxılmır.

Fərid Qulamov deyir ki,məcbur olub Binəqədi rayon Məhkəməsində Dövlət Miqrasiya qarşı daimi quluğa qəbul olunmaqla,əvvəlki vəzifəyə bərpa tələbi ilə iddia qaldırır.Hakim iddianı təmin etmir.Bakı Apellyasiya Məhkəməsi hakimin işə baxmaq səlahiyyəti olmadığı üçün qətnaməni ləğv edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərir.1 saylı BİİM Şirvan İİM –nə göndərir.Şirvan İİM-də yenə gənc hakimə təsir göstərilərək qanunsuz qərar qəbul edilir.Şirvan Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlanılması barədə ədalətsiz ,qanunsuz qərar qəbul edir.Hal hazırda Ali Məhkəmədə icraatdadır.komissiya üzvlərinin sayı 6(cütrəqəmli) olması,DMX rəisi məzuniyyətdə olduğu gün adından məhkəməyə təqdim edilən əmrdən çıxarış üzərində heç bir qanunvericilik normasına istinad edilməməsi,sonradan hazırlanan attestasiya vərəqəsində katibin imzasının ,sual və cavabların qısa məzmunu ,mənim rəy və təkliflərimin,imzamın olmaması ,ezamiyyətdə olan gün qulluq fəaliyyətimə xitam verilməsi və s.kimi ciddi qanun pozuntuları olsa da,məhkəmələr DMX-nin vəzifəli şəxslərinin mövqeyini qanunlardan üstün tutaraq iddiamı təmin etmir.

F.Qulamov bölgələrdə keçirilən qəbullarda iştirak edir.Ədliyyə naziri F.Məmmədovun,DSX rəisi E.Quliyevin 2 dəfə qəbulunda olur.Sonuncu qəbulda 12 fevral 2015-ci il tarixində iştirak edən zaman DSX rəisi məktub tərtib edilərək DMX-yə göndərilməsini və vətəndaşın qəbul edilməsini tapşırır.27.02.2015-ci il tarixində məktub DSX-dən göndərilsə də, S.Abdulayev və havadarları F.Qulamovun DMX rəisinin qəbulunda iştirakına imkan vermir.Prezidentə yazdığı məktublara eyni şablon cavab verilir. Hətta,Prezidentin Qəbulu günlərində Hüquq-mühafizə orqanları şöbəsi əməkdaşları da qəbul etsələr də bu qanunsuzluğa “dur” deyən yoxdur.

Qarabağ müharibəsi veteranı F.Qulamov iki övlad atasıdır.DMX –də S.Abdullayevin şəxsi –qərəzi və DMX rəis müavini E.Əliyev,Kadrlar İdarəsi rəisi V.Əsədova və Təşkilat-nəzarət Baş İdarəsi rəis əvəzi Siyasət Alıyev ilə işbirliyi nəticəsində 1 il 8 aydır işsizdir.O, DMX qanunlara və Qarabağ veteranına sayğı və haqqının bərpa olunmasını istəyir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com