BolgeXeber.Com » Xəbərlər » Tərtərdə Novruz bayramı əsgərlərlə birgə qeyd edildi-FOTO

Tərtərdə Novruz bayramı əsgərlərlə birgə qeyd edildi-FOTO

17-03-2015, 18:08
Oxunub: 4 503 Tərtərdə Novruz bayramı əsgərlərlə birgə qeyd edildi-FOTOBayram münasibəti ilə hərbçilərə bayram sovqatları paylanmış, rayon rəhbərləri əsgərlərlə birgə bayram süfrəsi arxasında əyləşmişlər

BOLGEXEBER.COM bildirir ki, martın 17-də xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində, İlaxır çərşənbə günündə Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Tərtər rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə olmuşlar. Qonaqlar əvvəlcə ön xətdə xidmət edən əsgər və zabitlərimizin xidməti, yataq, yemək şəraitləri ilə tanış olmuş, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə etmişlər.
Hər iki rayonun icra hakimiyyətinin başçıları Asif Əsgərov və Müstəqim Məmmədov düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini Novruz bayramı münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamış, onlarla qürur duyduqlarını bildirmişlər. Hərbi hissənin şəxsi heyətini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və işğal altında olan bütün torpaqlarımızın dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində düşməndən azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliklərini bildirmişlər.
Bayram münasibəti ilə hərbçilərə bayram sovqatları paylanmış, rayon rəhbərləri əsgərlərlə birgə bayram süfrəsi arxasında əyləşmişlər. Tanınmış mədəniyyət və incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı olmuşdur.
BOLGEXEBER.COM
Tərtərdə Novruz bayramı əsgərlərlə birgə qeyd edildi-FOTO
Tərtərdə Novruz bayramı əsgərlərlə birgə qeyd edildi-FOTO
Tərtərdə Novruz bayramı əsgərlərlə birgə qeyd edildi-FOTO
Tərtərdə Novruz bayramı əsgərlərlə birgə qeyd edildi-FOTO